Ukraynada beşmərtəbəli binaya zərbədə ölənlərin sayı 22-yə çatıb
Ukraynanın Priluki şəhərində beşmərtəbəli yaşayış binasına raket zərbəsi nəticəsində ölənlərin sayı 22 nəfərə yüksəlib. Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib.

Rusiya oktyabrın 7-də səhər tezdən Prilukidəki binaya raket zərbəsi endirib. Çerniqov vilayətinin hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus həmin vaxt insanların hələ yatdığını bildirib.

Hadisə yerində axtarış-xilasetmə işləri bütün gecə davam edib. Yeddisi uşaq olmaqla, 54 nəfər yaralanıb. Dağıntılar altından biri
uşaq olmaqla, 15 nəfəri sağ çıxarmaq mümkün olub.

Ukrayna hakimiyyəti və beynəlxalq təşkilatlar Rusiya ordusunun Ukrayna şəhərlərinə və mülki infrastruktura zərbələrini hərbi cinayət sayır, onların məqsədyönlü olduğunu vurğulayırlar. Rusiya isə mülki infrastrukturu hədəfə almadığını bildirir.

Rusiyaya dron zərbələri
Ukraynanın monitorinq kanalları Ryazan vilayətindəki "Yandex DS" data mərkəzinə və Başqırdıstandakı "Qazprom neftxim Salavat" neft emalı zavoduna hücum barədə məlumat yayıb.

"Astra" müəyyən edib ki, Ryazandakı yanğın "Sasta" dəzgahqayırma zavodunun ərazisində baş verib. Məlumata görə, "Yandex DS" məlumat mərkəzi də həmin kompleksdə yerləşir. "Yandex" şirkəti "Yandex Cloud" bulud platformasının xüsusi zonasında elektrik təchizatında fasilələr yarandığını, insidentin nəticələrini aradan qaldırmaq üçün iş aparıldığını bildirib. Hücumdan sonra "Yandex"in bir sıra xidmətlərinin işində nasazlıqlar qeydə alınıb. "Dojd" telekanalı qeyd edib ki, Rusiya internet məkanındakı bəzi digər resurslara, o cümlədən "Postmypost" avtomatik paylaşım platforması və "Komsomolskaya pravda" nəşrinin regional versiyasına girişdə problemlər yaranıb.

"Astra"nın məlumatına görə, Başqırdıstandakı yanğın böyük ehtimalla Rusiyanın ən iri neft emalı və neft-kimya komplekslərindən olan "Qazprom neftxim Salavat" zavodunun ərazisində qeydə alınıb. Bu müəssisə əvvəllər də dəfələrlə Ukrayna dronlarının hücumlarına məruz qalıb, fəaliyyətini dayandırmalı olub. Zavod Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşir.

Rusiya Müdafiə Nazirliyi ölkənin bir sıra vilayətləri, Moskva regionu, Başqırdıstan, ilhaq edilmiş Krımın, eləcə də Qara dəniz üzərində Ukraynaya məxsus 399 dronun vurulduğunu açıqlayıb.



Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google