Gürcüstan Pensiya Fondu ötən ayın statistikasını dərc edib.
Məlumata görə, fondun ümumi həcmi 10.1 milyard lariyə çatıb.
Müvafiq olaraq, son bir ay ərzində fondun həcmi 100 milyon laridən
çox artıb ki, bu da əsasən fond iştirakçılarının aylıq
ödənişlərindən ibarətdir.
Bu məbləğ 1 585 989 vətəndaşın pensiya yığımını təşkil edir, yəni
sistemin bir iştirakçısına düşən orta
yığım 6386 laridir. Fondun
ümumi həcminin böyük hissəsi – 10 milyard lari konservativ
investisiya portfelində yerləşdirilib ki, bu da iştirakçıların
99.3%-nin yığımına bərabərdir.
Aftomatik olaraq bütün pensiya fondu iştirakçılarının yığımları
konservativ portfeldə yerləşdirilir. Onu dəyişmək üçün isə
vətəndaşlar Pensiya Fonduna və ya Ədliyyə Evinə müraciət
etməlidirlər. 2026-cı ilin sentyabr ayının vəziyyətinə görə, 10 354
vətəndaş pensiya fondunun portfelini dəyişərək vəsaitlərini
balanslaşdırılmış və dinamik portfellərə keçirib.
Pensiya Fondunun statistikasına əsasən, 2026-cı ilin 9 ayında ən
yüksək gəlirliliyi (8.87%) məhz dinamik portfel əldə edib.
Balanslaşdırılmış portfelin gəlirliliyi 8.75%, konservativ
portfelinki isə 8.46% olub. Müvafiq olaraq, en yüksək gəliri
pensiya portfelini dinamik portfelə keçirən vətəndaşlar əldə
ediblər.
Bu portfellər arasındakı fərqə gəlincə – konservativ portfeldə
milli valyuta aktivləri üstünlük təşkil edir. Bunlar Gürcüstan
bankları tərəfindən buraxılmış depozit sertifikatları və xəzinə
istiqrazlarıdır. Məbləğin 19.1%-i isə xarici valyuta aktivlərində
yerləşdirilib ki, bu da əsasən beynəlxalq fond indekslərini əhatə
edir.
Balanslaşdırılmış portfeldə lari aktivlərinin payı 63%-dir, qalan
hissəsi xarici valyutanın payına düşür. Dinamik portfeldə isə lari
aktivlərinin payı 44.2%-dir, qalanı isə əsasən fond indekslərini
əhatə edən xarici valyuta aktivləridir. Müvafiq olaraq, qlobal fond
bazarında pensiya yığımlarının en böyük payı məhz dinamik
portfeldədir.
Gürcüstanda qüvvədə olan toplanan pensiya qanunvericiliyinə əsasən,
bütün işəgötürənlər öz işçilərini toplanan pensiya sisteminə cəlb
etməyə borcludurlar. İşçinin əməkhaqqının 2%-i məbləğində ödəniş
öhdəliyi işəgötürənin üzərinə düşür, 2%-i işçi tərəfindən ödənilir,
2%-ni isə dövlət gəlir vergisindən ayıraraq pensiya fonduna
yönəldir. Müvafiq olaraq, ümumilikdə əməkhaqqının 6%-i məbləğində
vəsait hər ay pensiya fonduna köçürülməlidir və fond da öz
növbəsində buna investisiya gəliri hesablayır.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.