Türkiyənin İstanbul Valiliyi şəhərin Maltepe rayonunda çökən 7
mərtəbəli binanın dağıntıları altından 1 nəfərin meyitinin
tapıldığını açıqlayıb.
Daha 3 nəfərin axtarışları davam edir.
Dağıntıların altında qaldıqları ehtimal olunan şəxslərin xilas
edilməsi məqsədilə bölgəyə 60-dan çox texnika, çox sayıda canlı
qüvvə və xüsusi təlim keçmiş itlər cəlb olunub.
İndiyədək dağıntıların altından 10 nəfər xilas edilib.
11:26
Türkiyənin İstanbul Valiliyi şəhərin Maltepe rayonunda yerləşən 7
mərtəbəli binada baş verən çökmə ilə bağlı açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, məlumata görə, hadisə bu gün saat 05:40
radələrində baş verib.
Axtarış-xilasetmə işləri zamanı indiyədək 3-ü uşaq olmaqla, 8 nəfər
xilas edilib.
Əhali Qeydiyyat Sisteminə görə, bina 1987-ci ildə tikilib. Binanın
birinci mərtəbəsindən iş yeri, yuxarı mərtəbələrdə yerləşən 12
mənzildən isə yaşayış məqsədilə istifadə olunur. Binada ümumilikdə
33 nəfər yaşayır. Çökmədən təsirlənməyən mənzillərdə yaşayan
sakinlər hadisədən sonra təxliyə ediliblər.
Binanın çökmə baş verən hissəsindəki 4 mənzildə yaşayan 14 nəfərdən
8-i xilas edilib, 6 nəfərin axtarış-xilasetmə işləri davam
etdirilir.
Mənbə: AZƏRTAC