Oktyabrın 8-də Britaniya Kral Hərbi Hava Qüvvələrinin Kembricşir
qraflığındakı Moulsvort bazası yaxınlığında iki Latviya vətəndaşı
saxlanılıb.
Onlar aviabazanın ərazisinə qanunsuz daxil olmaqda şübhəli
bilinirlər.
Oktyabrın 7-də axşam saatlarında aviabazanın patrulu yaxınlıqda
park edilmiş boş bir avtomobil aşkarlayıb. Az sonra hərbçilər
bazanın hasarında dəlik tapıblar. Gecə saat 02:00 radələrində hərbi
polis bazanın ərazisində 32 və 36 yaşlı iki
kişini saxlayıb.
Onların Britaniyada yaşayan Latviya vətəndaşları olduğu məlum
olub.
Sonradan həmin şəxslərin polis şöbəsinə gətirildiyi, Piterborodakı
mənzillərində isə axtarış aparıldığı açıqlanıb.
Polis rəsmisi hələlik Moulsvortdakı hadisənin Feyrford aviabazası
yaxınlığında baş verənlərlə əlaqəsinin olmadığını bildirib.
Sentyabrın 27-də həmin bazanın yaxınlığında üç furqonla gələn beş
nəfər saxlanılmışdı. Onlar və sonradan həbs edilən Britaniya-İran
ikili vətəndaşlığı olan şəxs terrorçuluqda iştirakda və partlayıcı
maddələr haqqında qanunu pozmaqda şübhəli bilinirlər.
Moulsvort bazası Londonun təxminən 100 kilometrliyində yerləşir.
Bazadan təyyarələrin uçuş və enişi üçün müntəzəm istifadə edilmir.
Burada NATO-nun kəşfiyyat mərkəzi və ABŞ-nin Birgə Kəşfiyyat
Əməliyyatları Mərkəzi yerləşir.
Matros casusluqda şübhəli bilinir
Oktyabrın 8-də Britaniyada Kral Hərbi Dəniz Qüvvələrinin matrosu
Teddi Yanq məhkəmə qarşısına çıxarılıb. O, Rusiyanın xeyrinə
casusluğa hazırlaşmaqda ittiham olunur.
BBC-nin rus xidməti xəbər verir ki, Yanq Britaniya Silahlı
Qüvvələrinin 2023-cü ildə qəbul edilmiş yeni "Milli Təhlükəsizlik
Qanunu" əsasında ittiham olunan ilk hərbi qulluqçusudur.
T.Yanq 2024-cü ilin noyabrından 2025-ci ilin mayınadək xarici
dövlətin maraqları naminə məxfi məlumatların ötürülməsinə
hazırlaşmaqda günahlandırılır.
İstintaqın versiyasına görə, o, kəşfiyyat mütəxəssisi kimi xidmət
edərkən Britaniyanın müdafiəsi və kəşfiyyat fəaliyyəti ilə bağlı
məxfi materialları özündə saxlayıb və onları ötürməyə hazırlaşıb.
BBC qeyd edir ki, Yanqın bir mesajı rus dilinə tərcümə etməsi və
məlumatları Rusiyaya ötürmək üçün internet portalı axtarması
istintaqın əsas dəlilləri sırasındadır.
Yanq bu həftə evində saxlanılıb. Onun 2025-ci ilin mayında da
saxlanıldığı, bundan sonra məxfi məlumatlara çıxışının ləğv
edildiyi və xidməti vəzifələrinin icrasından kənarlaşdırıldığı
bildirilir.
Polis ehtimal olunan bu cinayətlərin də Feyrford aviabazası
yaxınlığındakı insidentlə bağlı olmadığını vurğulayıb.
Britaniya Rusiyanın işğalına qarşı Ukraynaya hərbi yardım göstərir.
Ukraynanın liqa.net nəşri yazır ki, Britaniya Hərbi Dəniz
Qüvvələrinin məxfi məlumatlarının mümkün sızması Ukraynanın müdafiə
əməliyyatlarına ciddi təhlükə yarada bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.