Marneulidə azyaşlı nəvəsini evliliyə məcbur etməkdə ittiham olunan nənə saxlanılıb
Marneulidə yetkinlik yaşına çatmayan nəvəsini evliliyə məcbur etməkdə ittiham olunan nənə saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları tərəfindən aparılan istintaq nəticəsində aydın olub ki, qadın gender ayrı-seçkiliyi və dözümsüzlük motivi ilə yetkinlik yaşına çatmayan nəvəsini öz iradəsinə zidd olaraq kənd sakinlərindən biri
ilə ailə qurmağa məcbur edib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima 150-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər