Gürcüstan Azərbaycandan elektrik idxalında gizli vasitəçilərdən imtina edir
Tbilisi Azərbaycandan elektrik enerjisi idxalında ofşor vasitəçilərin iştirakına son qoyur.

Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib ki, qonşu Azərbaycandan elektrik enerjisi idxalında vasitəçi şirkətlərin iştirakı aradan qaldırılacaq. O, bunun sayəsində dövlətin hər il milyonlarla dollar qənaət edə biləcəyini söyləyib.

Korrupsiya araşdırmaları aparan OCCRP layihəsi yazır ki, iki ölkə arasındakı bu ticarəti indiyədək tamamilə qeyri-şəffaf
ofşor şirkətlər həyata keçirib və əsas söz sahibi gürcü işadamı Sulxan Papaşvili olub. Qurum bu idxal zamanı qiymətlərin qəsdən şişirdilməsini illərdir araşdırır.

Araşdırmalar göstərir ki, gürcüstanlılar Azərbaycandan alınan elektrik enerjisinə görə şişirdilmiş qiymətlər ödəyirlər. OCCRP və tərəfdaşları bu ticarəti Papaşvilinin tək sahibi olduğu bir neçə ofşor şirkətin idarə etdiyini üzə çıxarıb. Məlum olub ki, Papaşvilinin Azərbaycanda enerji müqavilələrini təsdiqləyən rəsmi şəxslərin qohumları ilə də ayrıca biznes əlaqələri var. Onun vəkilləri isə bu tanışlığın ona hər hansı bir güzəşt və ya üstünlük qazandırdığını təkzib edirlər.

Papaşvilinin vəkili hökumətin açıqlaması ilə bağlı şərhində bildirib ki, biznesmen baş nazirin bəyanatı ilə tanış olub və qəbul edilmiş qərarın səbəblərini anlayır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google