Neft tankerlərinin Hörmüz boğazından keçməsi üçün kapitanlara ayda
100 min dollaradək maaş,
hər keçidə görə isə 50 min dollaradək bonus təklif olunur. "The
Financial Times" (FT) nəşrinin oktyabrın 6-da yazdığına görə, bu
təklifi gəmi sahibləri edirlər.
Qəzet tanker sahiblərinə və gəmi heyətlərinə yaxın üç mənbəyə
istinadən yazır ki, bu ödənişlər boğazdan keçməyin və Körfəzdən
neft ixracını
davam etdirməyin yaratdığı risklərə görə əlavə
kompensasiya kimi nəzərdə tutulub.
Tanker kapitanları adətən ayda təxminən 15 min dollar qazanırlar.
Digər heyət üzvlərinin aylıq qazancı isə cəmi 1500 dollar ola
bilər. FT-nin yazdığına görə, Qırmızı dənizin cənubunda və Oman
körfəzində işləyən heyət üzvləri adi maaşlarının iki qatını, Hörmüz
boğazından keçənlər isə dörd-altı mislini ala bilərlər.
Təhlükələr səbəbindən boğazdan neft daşınmasının qiyməti də kəskin
artıb. FT yazır ki, yükdaşıma tarifləri gündəlik 1.3 milyon dollara
çatıb. Üstəlik, bəzi tankerlər üçün müharibə riskindən sığorta
haqqı hər səfərə görə 20 milyon dollaradək yüksələ bilər.
Beynəlxalq Dəniz Təşkilatı oktyabrın 6-dək Hörmüz boğazında və
ətraf regionda 93 dəniz insidentinin baş verdiyini təsdiqləyib, bu
hadisələrdə 24 dənizçi həlak olub.
"Kpler" analitik şirkətinin məlumatına görə, sentyabrın son
həftəsində Yaxın Şərqdən gündəlik orta hesabla 18.3 milyon barel
xam neft ixrac edilib. "Reuters" də sentyabrın ilk iki həftəsində
ixracın müharibədən əvvəlki səviyyəni keçdiyini xəbər verib.
Hörmüz boğazından adi vaxtlarda gündə təxminən 125 iri ticarət
gəmisi keçir. Dünyada daşınan xam neft və mayeləşdirilmiş təbii
qazın 20 faizi məhz bu strateji boğazın payına düşür.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.