ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla "məhsuldar"
müzakirələr apardığını
və Konqresə noyabrda keçiriləcək aralıq seçkilərinədək bu ölkəyə
hücum edilməyəcəyini bildirib.
Tramp İranın "çox pis" vəziyyətdə olduğunu iddia edib. O deyib ki,
ABŞ qüvvələrinin İran limanlarına dəniz blokadası qüvvədə qaldığı
müddətdə bu ölkə iqtisadi və hərbi çətinliklər yaşamağa davam
edəcək.
Tramp oktyabrın 8-də "Truth Social" platformasında yazıb
ki,
"blokada tam qüvvədə qalacaq, Hörmüz boğazından isə rekord həcmdə
neft daşınır".
Prezident təkcə ötən gecə Hörmüzdən 22 milyon barel neft keçdiyini
bildirib.
Bu arada, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi
(UKMTO) son günlər boğazda gəmilərə qarşı bir neçə hücumun qeydə
alındığı barədə məlumat yayıb.
Son vaxtlar bu strateji dəniz yolu vasitəsilə neft daşımaları xeyli
bərpa olunmuşdu. Lakin tankerlərə edilən yeni hücumlar gəmilərin
hərəkətini yenidən zəiflədib.
Son həftələrdə Tehran və Vaşinqton arasında müharibəni bitirmək və
boğazda təhlükəsizliyi bərpa etmək üçün təkliflər mübadiləsi
aparılır. Buna baxmayaraq, İranın nüvə proqramı ilə bağlı fikir
ayrılıqları hələ də qalmaqdadır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.