Tbilisidən Batumiyə qatarla getmək 4 saata mümkün olacaq – Kobaxidze

Baş nazir İrakli Kobaxidzenin bildirdiyinə görə, Tbilisi-Axaltsixe dəmir yolu xəttinin bərpası başa çatır, bunun nəticəsində əvvəlki 6 saatlıq yol

müddəti yarıya qədər azalacaq və Tbilisidən Axaltsixeyə gediş cəmi 3 saat çəkəcək.

Bununla yanaşı, baş nazirin sözlərinə görə, Tbilisi-Kutaisi yeni sərnişin reysinin təyin edilməsi və Borjomi-Bakuriani tarixi dəmir yolunun bərpası planlaşdırılır.

Üstəlik, baş nazir Dəmiryolçuları Günü münasibətilə
keçirilən tədbirdə çıxışı zamanı bəyan edib ki, 2026-cı ilin ilk 9 ayının məlumatlarına əsasən, dəmir yolu daşımaları 13 faiz artaraq son onilliyin rekord göstəricisinə çatıb.

“Yeni sərnişin qatarlarının alınması ilə yanaşı, mövcud qatar parkının reabilitasiyası həyata keçirilir. Həmçinin Tbilisi-Axaltsixe dəmir yolu xəttinin bərpasını başa çatdırırıq, bunun nəticəsində əvvəlki 6 saatlıq yol müddəti yarıya qədər azalacaq və Tbilisidən Axaltsixeyə gediş cəmi 3 saat çəkəcək.

Habelə Tbilisi-Kutaisi yeni sərnişin reysinin təyin edilməsi nəzərdə tutulur. Bizim üçün çox mühüm və həssas bir layihə olan Borjomi-Bakuriani tarixi dəmir yolunun bərpası da planlaşdırılır. Həyata keçirilən dəyişikliklər nəticəsində Tbilisidən Batumiyə gediş müddəti saat yarım azalaraq 5,5 saatdan 4 saata enib və vətəndaşlarımızla qonaqlarımız artıq bundan yararlanırlar; yük qatarlarının Gürcüstan ərazisini keçmə müddəti isə yarıbayarı qısalıb ki, bu da tranzit funksiyamızın gücləndirilməsi üçün çox vacibdir. 2026-cı ilin ilk 9 ayının məlumatlarına əsasən, dəmir yolu daşımaları 13 faiz artaraq son onilliyin rekord göstəricisinə çatıb”,
– deyə baş nazir bildirib.


 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google