Nəqliyyat vasitələri üçün icazə verilən küy həddi 85-dən 100
desibelədək artırıla bilər.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin jurnalistlərə
bildirdiyinə görə, Daxili İşlər Nazirliyi aidiyyəti federasiya ilə
birlikdə bu məsələ üzərində işləyir və qərar yaxın vaxtlarda qəbul
olunacaq.
Hökumət başçısının izahına görə, küçələrdə nəqliyyat vasitələrinin
yaratdığı həddindən artıq küyə görə əhali tez-tez narazılıq edirdi
və bu səbəbdən müəyyən
məhdudiyyətlər tətbiq olunur.
"Əhali küçələrdə müvafiq nəqliyyat vasitələrinin səbəb
olduğu həddindən artıq küyə görə tez-tez narahatlığını bildirirdi.
Buna görə də müəyyən məhdudiyyətlər qüvvədədir. İndi limit 85
desibeldir, lakin Daxili İşlər Nazirliyi müvafiq federasiya ilə
birlikdə fəal iş aparır. Təşəbbüs həddin 100 desibelə
qaldırılmasından ibarətdir.
Biz bu məsələ üzərində fəal işləyirik və düşünürük ki, herkesin
maraqlarını balanslı şəkildə təmin edən müvafiq həll yolu
tapılacaq. Bir tərəfdən həddindən artıq küy yaxşı deyil, lakin
digər tərəfdən, əlbəttə ki, nəqliyyat vasitələri sahiblərinin də
maraqları var və onların da maraqları nəzərə alınmalıdır.
Bir daha qeyd edirəm, söhbət həddin 85-dən 100 desibelədək
qaldırılmasından gedir. Daxili İşlər Nazirliyi işi davam etdirir və
çox tezliklə qərar qəbul olunacaq", – deyə İrakli
Kobaxidze bildirib.
Xatırladaq ki, 2026-cı il sentyabrın 1-dən Patrul Polis əməkdaşları
avtomobilləri səsölçən cihazlarla yoxlayırlar. Qaydalara əsasən,
yaşayış məntəqələrində avtomobilin istismarı zamanı yaranan küy
gecə saatlarında (23:00-dan 08:00-dək) 80 desibeli aşmamalıdır.
Sanksiyalara gəlincə, istismarı zamanı yaranan küy qanunla müəyyən
edilmiş normanı aşan nəqliyyat vasitəsini idarə etməyə görə ilk
dəfə 100 lari məbləğində cərimə və sürücülük vəsiqəsindən 10 balın
çıxılması nəzərdə tutulur.
Xəta təkrar törədildikdə sürücü 200 lari cərimələnəcək və 20 balı
çıxılacaq, üçüncü və növbəti hər bir xətaya görə isə 300 lari
cərimə və sürücülük vəsiqəsindən 30 balın çıxılması müəyyən
edilib.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.