Azərbaycan sənayesində geriləmə sürətlənir
Dövlət Statistika Komitəsinin (DSK) oktyabrın 9-da açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında sənaye sektorunda 51 milyard 178.1 milyon manat dəyərində məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz azdır.

DSK cəmi bir ay öncə — ilk 8 ayın yekunlarına dair hesabatında sənaye sektorundakı azalmanı 0.4 faiz elan etmişdi.


Həm
rəsmi qurumlar, həm də müstəqil iqtisadçılar ölkə sənayesindəki bu geriləməni əsasən neft-qaz sektorunda hasilatın aşağı düşməsi ilə əlaqələndirirlər. Məsələn, ötən il ölkədə 28 milyon tona yaxın neft çıxarılıb. Halbuki, 2009-cu ildə bu göstərici 50 milyon ton təşkil edirdi.

Digər tərəfdən, bu il Yaxın Şərqdə sabitliyin pozulması və Hörmüz boğazında yaranan problemlər səbəbindən neft kəskin bahalaşıb, hətta Azərbaycan neftinin qiyməti az qala iki dəfəyə yaxın artıb. Müstəqil iqtisadçılar hesab edirlər ki, neftin kəskin bahalaşmasına baxmayaraq, sənayedə geriləmənin davam etməsi və DSK-nın açıqladığı 1.5 faizlik cüzi ümumi daxili məhsul (ÜDM) artımı iqtisadiyyatda böhran təhlükəsindən xəbər verir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google