İranda tanınmış hüquq müdafiəçisi və vəkil həbs edilib.
Bu barədə onun yaxınları AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə
bildiriblər.
Amirsalar Davudi oktyabrın 11-də İsfahan şəhərində, məhkəmə zalında
müvəkkilini müdafiə edərkən saxlanılıb.
Vəkilin nədə ittiham olunduğu və harada saxlanıldığı hələlik bəlli
deyil.
İran İslam Respublikasında müxalif fikirlərə qarşı təzyiqlər
güclənib; hakimiyyət vəkilləri, fəalları, jurnalistləri və
ziyalıları həbs edir.
Bu ilin yanvarında İranda dini hakimiyyətə qarşı kütləvi etirazlar
keçirilib. Fevralın sonlarından isə ABŞ və İsraillə müharibə
gedir.
Davudi məhz həmin etirazlarla bağlı həbs edilən bir neçə şəxsin
hüquqlarını müdafiə edir.
Edamdan əvvəl toylarını edib
Onlardan biri etirazçı Məhsəd Kəşanidir. O, oktyabrın 4-də edam
edilən nümayişçi Əlirza Sepahinin nişanlısıdır.
Sepahi asılmazdan əvvəl Davudi cütlük üçün onların iştirakı olmadan
rəmzi toy mərasimi keçirib. O, müvəkk
ilinin edamını "ədalətsiz"
adlandırıb və İran ədliyyəsinin başçısını canlı teledebata
çağırıb.
Sepahi yanvarın 8-də İsfahanda İran xüsusi təyinatlılarının dörd
üzvünün öldürülməsində iddia olunan roluna görə edam edilən beş
nəfərdən biridir.
Bu iş üzrə daha yeddi müttəhim də edam edilə bilər. Onlardan
çoxunun ailəsi doğmalarının həbsxanada işgəncə gördüyünü və
ittihamları boyunlarına almağa məcbur edildiklərini bildirir.
Bəzilərinə "Allahla müharibə aparmaq", "müharibə"yə yardım etmək və
onu təşviq etmək, eləcə də İslam Respublikasına qarşı təbliğat
aparmaq kimi ittihamlar irəli sürülüb.
Fevralın 28-də ABŞ və İsraillə müharibə başlayandan bəri İranda
edamların sayı artıb. Onların arasında etirazçılar, qadağan olunmuş
qruplara üzvlükdə şübhəli bilinənlər və casusluğa görə məhkum
edilənlər var.
Siyasi məhbusların müdafiəsi ilə tanınan Davudi dəfələrlə həbs
olunub və məhkum edilib. O, 2019-cu ildə 30 il həbs cəzasına məhkum
edilib. Apellyasiya şikayətindən sonra cəza 15 ilə endirilib. İki
ildən çox həbsdə qaldıqdan sonra girovla azadlığa buraxılıb.
2023-cü ildə Davudiyə Lüdovik Traryö adına Beynəlxalq İnsan
Hüquqları Mükafatı verilib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.