Mamuka Mdinaradze biznesə başlayıb – o, yeni konsaltinq şirkəti
olan “Mdinaradze Konsaltinq Qrupu” MMC-ni təsis edib.
İctimai Reyestrin məlumatlarına görə, şirkətin direktoru Nino
Çanturiadır, 100%-lik payın sahibi isə Mamuka Mdinaradzedir.
Reyestrə təqdim olunan sənədlərə əsasən, Mdinaradzenin şirkətinin
ofisi Vera parkının biznes mərkəzində yerləşəcək.
Mamuka Mdinaradze siyasətdən getməsi barədə bəyanatı avqustun 27-də
verib. Onun sözlərinə görə, ailəsinə daha çox vaxt ayırmaq
istəyib.
Son bir il ərzində Mamuka Mdinaradze üç vəzifə dəyişib. Sonuncu
dəfə o, regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsinə
təyin edilib. Lakin bunun üçün dövlət strukturunda regional siyasət
məsələləri üzrə dövlət naziri vəzifəsinin yaradılması tələb
olunurdu. Bu məsələ ilə bağlı parlamentin dəstəyi payızda alınmalı
idi.
Bundan əvvəl, aprelin 30-dan etibarən Mdinaradze xüsusi olaraq onun
üçün yaradılmış hüquq-mühafizə orqanlarının koordinasiyası
məsələləri üzrə dövlət naziri vəzifəsini tuturdu. Eyni zamanda, o,
baş nazirin müavini idi.
Daha əvvəl isə Mamuka Mdinaradze 2025-ci il sentyabrın 3-dən
aprelin 21-dək Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri olub.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.