ABŞ prezidenti Donald Tramp Rusiyadan dizel ixracına icazə verməklə
bağlı qərarını müdafiə edib.
Bu qərar Ukrayna və Avropa rəsmilərinin, hətta prezidentin təmsil
olunduğu Respublikaçılar Partiyasının tənqidləri ilə üzləşib.
Tramp oktyabrın 12-də Ağ evin qarşısında jurnalistlərə Ukrayna və
Rusiya arasında atəşkəsin qüvvədə olduğunu deyib. Amma iki gündür
Ukrayna rəsmiləri Rusiyanın yeni zərbələri barədə ardıcıl
məlumatlar yayırlar.
Prezident tərəflərin atəşkəs barədə razılığa gəlib-gəlmədiyi barədə
suala belə cavab verib:
"Razılaşıblar. Bilirsiniz niyə?
Çünki mən "Razılaşırsınız" dedim, ona görə. Razılaşdıqlarını
dediyim üçün razılaşdılar və bu məsələ həll
olunmalıdır".
AzadlıqRadiosunun Rusiyanın razılaşmanı pozması xəbərləri barədə
sualına Tramp bundan əmin olmadığını deyib. Onun sözlərinə görə,
Ukrayna prezidenti Volodimir Zelenski və rusiyalı həmkarı Vladimir
Putin bir araya gəlməli və bu mənasız müharibəyə son
qoymalıdırlar.
Tramp oktyabrın 11-də sosial şəbəkədə hər iki tərəfin enerji
atəşkəsinə razılaşdığını elan edib.
Moskva bu elanı təsdiqləməyib. Zelenskinin isə "Axios" nəşrinə bu
təklifin onun üçün "yeni xəbər" olduğunu dediyi məlumdur.
ABŞ prezidenti bundan əvvəl də
tərəflərin enerji obyektlərinə
hücumları dayandırmaq barədə razılığa gəldiyini bəyan etmişdi.
Ancaq Putin hücumları davam etdirib və uzunmüddətli atəşkəs baş
tutmayıb.
Zelenski oktyabrın 12-də bildirib ki, Moskva Ukraynanın enerji
sisteminə zərbələri dayandırmağa razı olarsa, Ukrayna da Rusiyanın
neft emalı müəssisələrinə hücumları dayandırar.
Trampın budəfəki açıqlamasından bir neçə saat sonra Rusiya dronları
Kiyevdə enerji obyektlərini vurub.
Avropa Rusiyadan enerji resursları alır
Tramp Rusiyadan dizel ixracına icazə verilməsi sazişini də müdafiə
edib. O, müharibəyə baxmayaraq, Avropanın Rusiyadan enerji
resursları almağa davam etdiyini deyib. Hərçənd bəzi Avropa
ölkələri hələ də Rusiyadan təbii qaz və xam neft alsalar da, Rusiya
tədarükündən imtina edildikcə idxal kəskin azalıb.
Prezident saziş çərçivəsində ABŞ-nin Rusiyadan ilk olaraq 300 min
metrik ton dizel yanacağı alacağını, daha sonra isə milyonlarla ton
əlavə tədarükün gözlənildiyini bildirib.
Bu addım çərçivəsində ABŞ Maliyyə Nazirliyi Rusiyadan dizel
yanacağı ilə bağlı əməliyyatlara, eləcə də onun ABŞ-yə idxalına
ümumi lisenziya verib və bu lisenziya 2027-ci il aprelin 7-dək
qüvvədə olacaq.
3 noyabr Konqresə aralıq seçkiləri ərəfəsində Tramp
administrasiyası bu sazişi yanacağın yüksək qiymətlərinə qarşı
yönəlmiş bir addım kimi təqdim edib.
Demokratlar və bəzi Respublikaçı rəsmilər isə bu qərarı tənqid
ediblər. Onların fikrincə, saziş Putini Ukraynaya qarşı müharibəni
davam etdirməyə həvəsləndirəcək.
Ekspert: "300 min ton dizel ABŞ-yə cəmi yarım gün
yetər"
AzadlıqRadiosuna danışan enerji analitikləri əlavə tədarükün
seçkidən əvvəl qiymətlərə əhəmiyyətli təsir göstərə biləcəyinə
şübhə edirlər.
Atlantik Şurasının Avrasiya Mərkəzinin ştatdankənar əməkdaşı Mark
Temnitski AzadlıqRadiosuna bildirib ki, 300 min metrik ton dizel
ABŞ-nin təxminən yarım günlük istehlakına bərabərdir. Bunu ABŞ
Enerji İnformasiya Administrasiyasının rəqəmlərinə əsasən də görmək
olar.
Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumlarından sonra
Moskva istehsal və ixraca məhdudiyyətlər qoyub. Temnitski bu
baxımdan Rusiyanın vəd etdiyi həcmdə yanacağı göndərə biləcəyini də
şübhə altına alıb.
Təhlilçi xəbərdarlıq edib ki, Moskvadan hər hansı güzəşt əldə
etmədən sanksiyaları yumşaltmaq Rusiyaya yönəlmiş beynəlxalq
təzyiqi zəiflədə, Moskvaya potensial gəlir gətirə və Putinə siyasi
qələbə qazandıra bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.