Vətəndaş fəalı məhkəmə mühafizəçisini təhqir etməkdə ittiham olunur
Vətəndaş fəalı Ruska Mçedlidzeni məhkəmə mühafizəçisini təhqir etməkdə ittiham edirlər. Bu əmələ görə 1 500 laridən 4 000 lariyədək cərimə və ya 45 günədək inzibati həbs nəzərdə tutulur.

İş iyulun 28-də məhkəmə binasının qarşısında baş vermiş insidentlə bağlıdır. Həmin vaxt məhkəmə mühafizəçiləri Mçedlidzeni güc tətbiq edərək məhkəmənin həyətindən çıxarıblar.

“76 gündən sonra mənə qarşı 173-cü maddənin 16-cı maddəsinin birinci hissəsi ilə iş açdılar! Məni sistematik şəkildə zorakılıq törədən məhkəmə mühafizəçiləri — David Matiaşvili, Otar Kvinikadze və Qoça Nanobaşvili şikayət edirlər. İyulun 28-də ədalətsiz məhkəmənin həyətində bədənimi göyərdən və özləri cinayət törədən həmin şəxslərdir.

Göyərmiş bədənim üzrə ekspertiza keçirildi. Zorakılıq faktı ilə bağlı prokurorluq onların əleyhinə 133-cü
maddənin üçüncü hissəsi ilə istintaqa başladı və işi rəfə qoydu. Heç özlərində olmayan, təhqir olunmuş qürurlarını isə 76 gündən sonra xatırlayıblar! Deməli, təhqirin də inkubasiya dövrü varmış: əvvəlcə yetişib köhnəlməlidir, sonra hüquqi qüvvə qazanır”,
— deyə Ruska Mçedlidze yazıb.

İyulun 26-da meriya şurasının binası qarşısında saxlanılan şəxslərin işi üzrə məhkəmə baxışı gecə saatlarında başa çatıb. Həmin gün vəkil Marika Arevadze məhkəmə mühafizə xidmətinin əməkdaşlarının ona qarşı zorakılıq etdiyini — onu itələyərək və qışqıraraq binanı tərk etməyə məcbur etdiklərini bildirib.

Həmçinin məhkəmə mühafizəçilərinin Ruska Mçedlidzeni güc tətbiq edərək məhkəmənin həyətindən çıxardıqlarını əks etdirən video da yayılıb.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google