“Gürcüstan üçün öyrət” proqramı çərçivəsində kənd məktəblərinnə
vakansiyalar elan olunub.
Müsabiqənin məqsədi Gürcüstanın dağlıq bölgələrində və ucqar
kəndlərində yerləşən dövlət məktəblərində müəllim çatışmazlığını
aradan qaldırmaqdır. Bu proqram vasitəsilə Marneulidə də bir sıra
müəllimlər işlə təmin olunublar.
Müsabiqədə aşağıdakı fənlər üzrə iştirak etmək mümkündür:
- Biologiya
- İngilis dili
- Riyaziyyat
- Musiqi
- Vətəndaşlıq
- Təsviri və tətbiqi incəsənət
- İdman
- Fizika
- Gürcü dili və ədəbiyyatı
- Kimya
- İbtidai siniflər (I–IV siniflər): gürcü dili və
ədəbiyyatı, riyaziyyat, təbiətşünaslıq
Müəllimlər Evinin yaydığı məlumata görə, müsabiqədən uğurla keçən
namizəd Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzdə
“Gürcüstan üçün öyrət” proqramının müəllimi kimi işə qəbul ediləcək
və dövlət məktəblərindən birinə göndəriləcək. O, həmin məktəbdə
milli tədris planının müəyyən etdiyi standartlara uyğun olaraq
dərsləri aparacaq.
Proqram müəllimi ilə məktəbdə də konkret fənn və ya fənlər üzrə
müəllim kimi əmək müqaviləsi bağlanacaq. Bununla yanaşı, o,
müəllimlər üçün nəzərdə tutulan əlavə əməkhaqqı da alacaq.
Bundan başqa, “Gürcüstan üçün öyrət” proqramının müəllimləri
mərkəzin təşkil etdiyi müxtəlif təhsil tədbirlərində iştirak etmək
və davamlı peşəkar inkişaf üçün yeni imkanlardan yararlanmaq
fürsəti əldə edəcəklər.
Müraciətlərin qəbulu 8–19 oktyabr 2026-cı il tarixlərində
aparılır.
Qeydiyyat üçün
https://vacancy.hr.gov.ge saytına daxil ola
bilərsiniz.
Qeyd edək ki, son bir neçə il ərzində “Gürcüstan üçün öyrət”
proqramına yeni iştirakçıların qəbulu elan olunmamışdı.
Məlumata görə, saat 14:48-ə olan vəziyyətə əsasən, müsabiqədə
iştirak etmək üçün 144 nəfər müraciət edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.