Hakim Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə prezidentinin baş
müşavirinin və hakim partiyadan olan bəzi deputatların
Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmamasını tənqid
etməsinə cavab verib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral
bugünlərdə "X" hesabında
"İnancına görə başını örtən
bir şagirdi məktəb qapısından geri qaytarmaq hansı vicdana, hansı
ədalətə sığar?" deyərək Azərbaycandakı
məhdudiyyətləri tənqid etmişdi.
YAP
rəsmiləri isə bildirirlər ki, O.Saralın və hakim partiyadan
olan deputatların məsələnin mahiyyətini, eləcə də Azərbaycanın
konstitusiya quruluşunu nəzərə almadan belə "populist,
məsuliyyətsiz" çıxışları ciddi təəssüf doğurur.
Açıqlamada vurğulanır ki, İslam dünyasında heç bir dövlətin digər
müsəlman xalqlarına öz iradəsini diktə etməyə, onların daxili
işlərinə qarışmağa və ya özünü başqalarından üstün görməyə hüququ
yoxdur.
Partiyanın mövqeyinə görə, bu cür fikirlər Azərbaycan-Türkiyə
qardaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və cəmiyyətdə
süni gərginlik yaratmağa xidmət edir:
"Baş örtüyü kimi
həssas mövzulardan siyasi manipulyasiya və bölücülük aləti kimi
istifadə olunması nə Türkiyə xalqının birliyinə, nə də müsəlman
dünyasının həmrəyliyinə xidmət edir... AKP iqtidarını bu zərərli
siyasətdən çəkinməyə çağırırıq".
Türkiyə prezidentinin baş müşaviri nə demişdi?
Türkiyə prezidentinin baş müşaviri O.Saral "X" platformasındakı
paylaşımında hicabı maneə deyil, inancın tələbi adlandırıb.
"Təhsil hüququ ideoloji müdaxilələrə qurban
verilməməlidir. Azərbaycanın bu yanlış addımdan tezliklə geri
dönəcəyinə ümid edirik. Gənclərin gələcəyinə əngəl törətmək yox,
onların yolunu açmaq lazımdır", – o yazıb.
Son həftələr Türkiyə mediasında və sosial platformalarda
Azərbaycana yönəlik tənqidlər artıb. Xüsusilə ötən ay keçirilən BMT
Baş Assambleyasının sessiyasında İsrailin baş naziri çıxış edərkən,
bir çox ölkənin nümayəndələrindən fərqli olaraq, Azərbaycan
təmsilçilərinin zalı tərk etməməsi və məktəblərdə vahid geyim
forması ilə bağlı dəyişikliklər ciddi müzakirə mövzusuna
çevrilib.
YAP isə bəyanatında Azərbaycan–İsrail münasibətlərinin məqsədli
şəkildə təhrif olunması, bu əlaqələrə guya müstəsna status
verilməsi cəhdlərini qətiyyətlə rədd etdiyini bildirir.
Türkiyə prezidenti R. T. Ərdoğan isə sentyabrın 22-də BMT-dəki
çıxışında konkret ölkə adı çəkmədən deyib ki, bəzi dövlətlərin
məktəblərində hicaba qadağa qoyulması qadınların təməl hüquqlarına
hücumdur.
Bu hadisələrin fonunda, təhlilçilər prezident İlham Əliyevin
oktyabrın 2-də YAP qurultayındakı çıxışı zamanı Azərbaycanın
müstəqil xarici siyasətini xüsusi vurğulamasını məhz xaricdən gələn
bu cür tənqidlərə dolayı cavab kimi qiymətləndirirlər..
Xatırlatma
Azərbaycan Nazirlər Kabineti sentyabrın 21-də dövlət məktəblərində
şagirdlərin geyim formaları ilə bağlı qaydalara rəsmi dəyişikliklər
edib. Yeni qərara əsasən, şagirdlərin məktəbli formasından fərqli
və ya təhsilin dünyəvilik prinsipinə zidd geyimlərdən istifadəsinə
icazə verilmir.
Qərarda "dünyəvilik prinsipinə uyğun olmayan" geyim elementlərinin
dəqiq nələrdən ibarət olduğu açıqlanmasa da, analitiklər bu
qadağanın həm də hicaba şamil ediləcəyini vurğulamışdılar. Qərardan
sonra istər paytaxtda, istərsə də bölgələrdə bəzi hicablı şagird və
müəllimlərin məktəbə buraxılmaması ilə bağlı şikayətlər
yayılıb.
Son günlər bir neçə məktəbdə valideynlərin və şagirdlərin etiraz
aksiyası keçirdiyi, dərsləri boykot etdiyi məlum olub.
Azərbaycan Daxili İşlər Nazirliyi isə oktyabrın 12-də açıqlama
yayaraq vahid geyim forması qaydalarının tətbiqinə mane olmağa və
"ictimai asayişi kobud şəkildə pozmağa çalışan" 37 nəfərin
saxlanıldığını, faktla bağlı cinayət işi açıldığını bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.