Xəngəl 15%, restoranda nahar isə 13% bahalaşıb – gürcü yeməklərinin qiymətləri necə dəyişib?
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin sentyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə restoran və kafelərdə demək olar ki, bütün məhsullar bahalaşıb. Ən çox tələb olunan məhsullardan xəngəlin qiyməti 15,41%, xaçapurinin qiyməti isə 5,85% artıb.

Eyni statistik məlumatlara əsasən, hesabat dövründə xəngəl və xaçapurinin hazırlanması üçün lazım olan ərzaq məhsullarının qiymətləri də dəyişib.
Belə ki, qiyməsi 15,52%, mal əti 17,63%, donuz əti 3,26%, un 5,65%, duz 0,46%, İmereti pendiri 3,44%, soğan 35,15%, yağ isə 7,68% bahalaşıb.

Bununla yanaşı, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, sentyabr ayında xəngəl və xaçapurinin hazırlanmasında istifadə olunan ərzaq məhsullarından yalnız kərə yağı və göyərti ucuzlaşıb. Kərə yağının qiyməti 1,55%, göyərtinin qiyməti isə 5,26% azalıb.

Bundan başqa, statistika məlumatlarına görə, restoranda naharın qiyməti 12,94% artıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin sentyabr ayında çörək sexində xaçapurinin qiyməti 12,11%, kafedə qəhvənin qiyməti 2,31%, barda pivənin qiyməti isə 6,45% bahalaşıb.

Məlumat üçün bildirək ki, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin sentyabr ayında ölkədə inflyasiya səviyyəsi əvvəlki ayla müqayisədə 0,4%, illik inflyasiya səviyyəsi isə 5,6% təşkil edib.

Baza inflyasiyasına gəlincə, 2026-cı ilin sentyabr ayında bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7% olub. Tütün məhsulları nəzərə alınmadan hesablanan illik baza inflyasiyası isə 3,5% təşkil edib.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google