Dünyada arabika qəhvəsi qıtlığı təhlükəsi yaranır – Gürcüstan qəhvəni hansı 5 ölkədən alır?
Qlobal istiləşmə fonunda qəhvə bazarında ciddi dəyişikliklər baş verir. Qərb mediasının yazdığına görə, arabika növü qəhvənin bazardakı payı azalır, daha davamlı olduğu üzə çıxan robusta növünün payı isə artır.

Bununla belə, keyfiyyətli qəhvə istehsalının getdikcə çətinləşdiyi hamı tərəfindən qəbul edilir. İstehsal xərcləri artır: xammal bahalaşır, bir çox bölgədə isə mövsümi işçi tapmaq getdikcə çətinləşir. Problem xüsusilə yüksək
keyfiyyətli qəhvənin əllə yığıldığı bölgələrdə aktualdır.

Xatırladaq ki, Yaxın Şərqdə müharibə nəticəsində yaranan geosiyasi gərginlik fonunda qlobal qəhvə qiymətləri artır. Bölgədə müharibənin uzanması bir çox kənd təsərrüfatı məhsuluna, xüsusilə də qəhvəyə təsir göstərir. Belə ki, arabika və robusta da daxil olmaqla, qəhvə dənələrinin ehtiyatları azalır.

Gürcüstan qəhvənin böyük hissəsini İndoneziyadan alır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında ölkəyə 38,257 milyon dollar dəyərində 5 664 ton qəhvə idxal edilib. Ötən ilin eyni dövründə isə qəhvə idxalı 40,204 milyon dollar dəyərində 5 575 ton təşkil edib.

Bu məlumatlara əsasən, cari ildə qovrulmuş və qovrulmamış qəhvənin bir kiloqramının idxal qiyməti vergilər nəzərə alınmadan 6,75 dollar olub. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 7,21 dollar təşkil edib.

Gürcüstanın cari ildə qəhvə aldığı ilk 5 ölkə:
  • 1. İndoneziya – 10,820 milyon dollar dəyərində 2 528 ton;
  • 2. Rusiya – 5,909 milyon dollar dəyərində 660 ton;
  • 3. İtaliya – 5,708 milyon dollar dəyərində 355 ton;
  • 4. Vyetnam – 4,516 milyon dollar dəyərində 1 080 ton;
  • 5. Türkiyə – 1,636 milyon dollar dəyərində 143 ton.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google