Gürcüstanın xarici borcu bir ayda 142 milyon dollar azalıb

2026-cı ilin sentyabr ayına olan məlumata görə, Gürcüstanın xarici borcu 8,926 milyard ABŞ dolları təşkil edir.

Bu isə əvvəlki ayın göstəricisi ilə müqayisədə 142 milyon dollar azdır.

Daha konkret desək, Gürcüstan Maliyyə Nazirliyinin dərc etdiyi məlumatlara əsasən, 2026-cı ilin avqust ayına olan vəziyyətə görə dövlət borcunun həcmi 9,068 milyard ABŞ dolları təşkil edirdi.

Bununla yanaşı,
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin sentyabr ayına olan vəziyyətə görə, birbaşa hökumətin xarici borcu 8,664 milyard dollar olub ki, bunun da 6,653 milyard dollarından çoxunu çoxtərəfli kreditorların, 1,511 milyard dollarını isə ikitərəfli kreditorların öhdəlikləri təşkil edir.

Qeyd etmək lazımdır ki, hesabat dövründə Gürcüstan Milli Bankının xarici öhdəliyi 262,253 milyon dollar təşkil edib.

2026-cı ilin sentyabr ayının məlumatlarına əsasən, Gürcüstan dövlətinin ən iri kreditorları bunlardır: Asiya İnkişaf Bankı (ADB), Dünya Bankı, Yenidənqurma və İnkişaf üzrə Beynəlxalq Bank (IBRD) və Avropa İnvestisiya Bankı (EIB).

Daha konkret olaraq, 2026-cı ilin sentyabr ayına olan vəziyyətə görə iri kreditorlar belə görünür:

  • Asiya İnkişaf Bankı (ADB) – 2,445 milyard ABŞ dolları;
  • Dünya Bankı, Yenidənqurma və İnkişaf üzrə Beynəlxalq Bank (IBRD) – 1,893 milyard ABŞ dolları;
  • Avropa İnvestisiya Bankı (EIB) – 1,166 milyard ABŞ dolları;
  • Dünya Bankı, Yenidənqurma və İnkişaf üzrə Beynəlxalq Bank – 868,164 milyon dollar;
  • Dünya Bankı, İnkişaf üzrə Beynəlxalq Assosiasiya (IDA) – 335,475 milyon dollar;
  • Asiya İnfrastruktur İnvestisiya Bankı – 237,609 milyon ABŞ dolları;
  • Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) – 210,670 milyon dollar.

Bundan əlavə, Gürcüstan hökumətinin Fransa qarşısında 812,833 milyon dollar, Almaniya qarşısında 572,730 milyon dollar, Yaponiya qarşısında 106,869 milyon dollar və s. borcu var.

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google