İqtisadiyyat Nazirliyi hidrotexniki qurğuların təhlükəsizliyi üzrə texniki reqlament hazırlayıb

“Gürcüstan tarixində ilk dəfə olaraq hidrotexniki qurğularla bağlı onların etibarlı istismarını təmin edəcək

yüksək təhlükəsizlik standartı tətbiq edirik”, – deyə iqtisadiyyat nazirinin müavini Qennadi Arveladze bildirib.

Qennadi Arveladze nazir müavini İnqa Pxaladze ilə birlikdə enerji sektorunun nümayəndələrinə hidrotexniki qurğuların təhlükəsizliyi üzrə texniki reqlament layihəsini təqdim edib.

“Energetika sektorunun prioritet əhəmiyyətini vurğulayarkən bu sahədə təhlükəsizlik normalarına riayət olunması və onların
qanunvericilik səviyyəsində tənzimlənməsi vacibdir. Texniki reqlament həm artıq istismara verilmiş su elektrik stansiyalarının, həm də gələcəkdə tikiləcək stansiyaların monitorinqini və texniki nəzarətini təmin edəcək”,
– deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, texniki reqlament layihəsinin hazırlanmasında beynəlxalq ekspertlərlə yanaşı, müvafiq sahədə fəaliyyət göstərən biznes nümayəndələri də fəal iştirak ediblər.

“Biznes nümayəndələrinin prosesə cəlb olunması onların fikirlərini dinləmək baxımından çox vacib idi. Bununla yanaşı, qeyd etmək lazımdır ki, sözügedən texniki reqlament beynəlxalq ekspertlərin iştirakı ilə, beynəlxalq ən yaxşı təcrübələrə uyğun şəkildə hazırlanıb”, – deyə Arveladze bildirib.

O əlavə edib ki, yeni tənzimləmənin qüvvəyə minməsi hidrotexniki enerji obyektlərinin təhlükəsiz fəaliyyətini və idarə olunmasını təmin edəcək. Bu isə insanların həyatının və sağlamlığının, eləcə də ətraf mühitin qorunması ilə birbaşa bağlıdır.



 

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google