Həkimlərin dövlət sertifikasiya imtahanında təkrar iştirakına qoyulan qanuni məhdudiyyətin ləğvi planlaşdırılır
Həkimlərin dövlət sertifikasiya imtahanında təkrar iştirakına qoyulan qanuni məhdudiyyətin ləğvi planlaşdırılır. Bununla bağlı müvafiq təşəbbüslə hökumət parlamentə müraciət edib.

“Səhiyyə fəaliyyəti haqqında” qüvvədə olan qanuna əsasən, dövlət sertifikasiya imtahanından mənfi qiymət alan şəxs növbəti bir il ərzində imtahanda yalnız iki dəfə təkrar iştirak edə bilər. Eyni zamanda, imtahanlar arasında altı aylıq fasiləyə riayət olunması məcburidir.

Parlamentə təqdim
olunan qanun layihəsinə əsasən, dövlət sertifikasiya imtahanında təkrar iştirakın sayına və imtahanlar arasında altı aylıq fasilənin gözlənilməsinə dair qanuni məhdudiyyət ləğv edilir. Beləliklə, imtahandan mənfi qiymət alan şəxslər müəyyən edilmiş imtahan cədvəlinə uyğun olaraq dövlət sertifikasiya imtahanında yenidən iştirak edə biləcəklər.

Səhiyyə Nazirliyinin bildirdiyinə görə, imtahanda təkrar iştirakın dövriliyinə qoyulan məhdudiyyətin ləğvi peşəkar ixtisasın qiymətləndirilməsi standartını aşağı salmır və lazımi ixtisasa malik olmayan şəxslərin müstəqil həkimlik fəaliyyətinə buraxılması riskini yaratmır.

Qurumun izahına görə, şəxsin peşəkar hazırlıq səviyyəsini müvafiq imtahanı uğurla verməsi ilə yoxlamaq mümkündürsə, mövcud məhdudiyyət dövlət sertifikasiya imtahanının məqsədinə nail olmaq üçün zəruri olan hədləri aşır.

“Həkimlik fəaliyyətinin lazımi keyfiyyətinin və pasiyent təhlükəsizliyinin qorunması kimi legitim məqsəd dövlət sertifikasiya imtahanını uğurla vermək barədə məcburi tələb vasitəsilə təmin olunur. Şəxs müvafiq bilik və peşəkar səriştəsini imtahanla təsdiqləməyənədək müstəqil həkimlik fəaliyyəti hüququ əldə edə bilməz. Buna görə də imtahanda təkrar iştirakın dövriliyinə qoyulan məhdudiyyətin ləğvi peşəkar ixtisasın qiymətləndirilməsi standartını aşağı salmır və lazımi ixtisasa malik olmayan şəxslərin müstəqil həkimlik fəaliyyətinə buraxılması riskini yaratmır”, – Səhiyyə Nazirliyi bildirir.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google