Rusiyanın hücumları nəticəsində Ukraynada 3 nəfər həlak olub
Moskva ötən gecədən səhərədək Kiyevə ballistik raketlərlə silsilə hücumlar gerçəkləşdirib. Azı üç nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Qərb tərəfdaşları raketlərin buraxılması barədə yenə də əvvəlcədən xəbərdarlıq etməyib.

Kiyevin meri Vitali Kliçko oktyabrın 14-də bildirib ki, paytaxtdakı enerji obyektləri də hücuma məruz qalıb və Rusiyanın zərbələrindən sonra elektrik enerjisinin verilməsində
fasilələr yaranıb.

Səhər saatlarında ballistik raket hücumu davam edib.


Ötən gün Ukrayna Rusiyanı ABŞ Prezidenti Donald Trampın elan etdiyi enerji atəşkəsini pozmaqda günahlandırıb. Havaların soyumağa başladığı və istilik mövsümünün yaxınlaşdığı bir vaxtda Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar gerçəkləşdirib.

Rusiyanın "Interfax" agentliyi Müdafiə Nazirliyinə istinadla xəbər verib ki, Rusiya qüvvələri Ukraynanın rabitə və enerji infrastrukturu obyektlərinə genişmiqyaslı zərbələr endirib.

Nazirliyin açıqlamasına görə, ötən gecə Rusiyanın müxtəlif regionları üzərində 902 dron vurulub.

"Kəşfiyyat məlumatlarımıza görə, Rusiya ballistik raketlərlə əlavə zərbələr endirməyə hazırlaşır",
– Zelenski oktyabrın 13-də gecə saatlarında yazıb.

"Dünya buna səssiz qalmamalıdır. ABŞ gerçəkdən nə baş verdiyini, bu müharibənin davam etməsinə görə kimin məsuliyyət daşıdığını görməlidir", – Zelenski əlavə edib.

Zelenski Ukraynanın enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı atəşkəsi dəstəklədiyini bir daha bəyan edib.

Ötən həftəsonu Tramp Rusiyadan dizel ixracına razılıq verib. Bu addım Avropadakı müttəfiqlərin, eləcə də demokrat və respublikaçıların tənqidinə səbəb olub. Onların fikrincə, bu, Rusiyanı Ukraynadakı müharibəni davam etdirməyə həvəsləndirə bilər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google