ABŞ Ukraynaya yardım göstərməyə, onunla kəşfiyyat məlumatlarını
paylaşmağa və müharibənin başa çatdırılması üçün Kiyev və Moskva
ilə işləməyə davam edir.
Bunu oktyabrın 14-də prezident Donald Tramp bildirib.
ABŞ prezidenti ölkəsinin müharibənin başa çatmasını istədiyini qeyd
edib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və
Ukrayna prezidenti Volodimir Zelenski də müharibəni bitirmək
istəyirlər, ancaq "bunu necə edəcəklərini
bilmirlər". Tramp iki
ölkə lideri arasında "güclü nifrət" olduğunu vurğulayıb.
Oktyabrın 12-də axşam Rusiya Kiyevi ballistik raketlərlə atəşə
tutub. Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ərazisindən raket
buraxılışlarının qeydə alınmadığını, hava həyəcanının yalnız
raketlər Kiyevə yaxınlaşanda verildiyini bildirib. Ukrayna
prezidenti Volodimir Zelenski bu dəfə tərəfdaşların xəbərdarlıq
etmədiyini söyləyib.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa sonradan deyib ki,
ölkəsi ABŞ-dən kəşfiyyat məlumatları almağa davam edir, hava
həyəcanının gec elan olunması isə Rusiyanın "spesifik silah
növündən" istifadəsi ilə bağlıdır.
Tramp ötən gün Rusiyadan dizel yanacağı ixracına icazə verməsi ilə
bağlı sualı da cavablandırıb. ABŞ-də hər iki partiyadan olan
konqresmenlər bu razılaşmanı tənqid ediblər.
"Reuters" yazır ki, Tramp Rusiyanın bu razılaşmadan əldə etdiyi
gəlirləri yeni silahların alınmasına xərcləyə biləcəyi ilə bağlı
suala birbaşa cavab verməkdən yayınıb.
"Bu, dizel yanacağı ilə bağlı razılaşmadır, bizim üçün
deyil. Bu məhsul bizə yox, dünya bazarına çıxarılır",
– deyə ABŞ administrasiyasının rəhbəri bildirib.
Tramp oktyabrın 9-da Putinlə telefon söhbətindən sonra Rusiya
dizelinin tədarükünün bərpası barədə razılıq əldə olunduğunu
açıqlayıb. Bu razılaşma Kiyevdə və Avropa İttifaqı ölkələrində
tənqidlərə səbəb olub. Tramp isə qərarını dünya bazarında və ABŞ-də
qiymətləri aşağı salmaq istəyi ilə izah edib. O, Ukrayna
prezidentinin Rusiyadakı neft emalı zavodlarına zərbələr
endirməməklə bağlı ABŞ-nin tələblərinə məhəl qoymadığını da diqqətə
çatdırıb.
Bir sıra media orqanları öz mənbələrinə istinadla yazıblar ki, ABŞ
Ukraynanı danışıqlarda güzəştə vadar etmək üçün Rusiyanın
hərəkətləri barədə kəşfiyyat məlumatlarının Kiyevə ötürülməsini
dayandırmağı nəzərdən keçirir.
Kiyev və Vaşinqton bu məlumatları təkzib edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.