Dünən, oktyabrın 13-ü saat 22:00 radələrindən başlayaraq
Azərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı
kiberhücumlar qeydə alınıb.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti (XRİTDX) məlumat yayıb.
Rəsmi məlumata görə, xarici haker qruplaşması tərəfindən törədilən
kiberhücum zamanı Azərbaycanın dövlət strukturlarına məxsus 100-dən
çox domen hədəf seçilib.
Açıqlamada kiberhücum səbəbindən bir sıra dövlət qurumlarının
internet resurslarının fəaliyyətində
fasilələr yarandığı
bildirilir:
"Görülmüş operativ texniki tədbirlər
nəticəsində kiberhücumun qarşısı alınıb, təsirləri minimuma
endirilib və saytların fasiləsiz fəaliyyəti bərpa
edilib".
Bununla belə, rəsmi açıqlamada həmin "xarici haker qruplaşmasının"
hansı ölkəyə bağlı olduğu qeyd edilmir.
Azərbaycanda rəsmi qurumlar əvvəllər də bu adda kiberhücumlarla
bağlı bənzər bəyanatlarla çıxış ediblər.
Hətta prezident İlham Əliyev bu il fevralın 11-də "Azərbaycanın
yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr
olunmuş müşavirədə ötən il ölkənin çox mütəşəkkil və aqressiv
kiberhücuma məruz qaldığını vurğulamışdı:
"Biz onun
mənbəyini də bilirik və özümüzü bu ciddi problemlərdən qorumaq üçün
lazımi tədbirlər də görülüb. Ona görə də bu sahəyə ciddi diqqət
yetirilməlidir. Ölkəmizdə artıq Kibertəhlükəsizlik Mərkəzi
fəaliyyət göstərir və onun işi daim diqqət mərkəzində
saxlanılmalıdır".
Xatırlatma
Prezident konkret ölkə adı çəkməyib. Ötən il hakimiyyətə yaxın bir
sıra media orqanlarında bu məsələ ilə bağlı Rusiyanın adı hallanıb.
Amma belə iddiaları nə Azərbaycanın, nə də Rusiyanın rəsmi
qurumları təsdiqləyib.
Azərbaycanda Milli Kibertəhlükəsizlik Mərkəzi 2023-cü ildə təsis
edilib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.