Neft yenidən bahalaşır
Oktyabrın 14-də Hörmüz boğazında iki gəminin vurulmasından sonra neft yenidən bahalaşıb. İran rəsmiləri "Reuters" agentliyinə gəmilərə hücum etmək üçün yeni taktikalara əl atdıqlarını bildiriblər.

"Brent" markalı neftin fyuçerslərinin qiyməti bir barel üçün 106.03 dollara çatıb. ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neftinin fyuçersləri isə 94.42 dollar olub. Bundan əvvəl hər iki neftin qiyməti bir dollardan çox
yüksəlmişdi.

İran rəsmiləri yeni strategiyanın detallarını açıqlamayıblar. Rəsmilərdən biri bildirib ki, İran təxminən 10 gün əvvəl qoyulan məhdudiyyətləri pozan gəmilərə fərqli hücum taktikaları tətbiq etməyə başlayıb.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) bir gün əvvəl Hörmüz boğazında bir konteyner gəmisi və bir tankerin naməlum mərmilərlə vurulduğunu bildirib.

"İran rəsmilərinin ABŞ-nin neft qiymətlərini nəzarətdə saxlamaq səylərini əngəllədiklərini açıq etiraf etməsi "sülh danışıqları"nın arxasındakı əsl niyyətlər barədə çox şey deyir", – "Phillip Nova" şirkətinin bazar təhlili şöbəsinin rəhbəri Priyanka Saçdeva bildirib. Onun sözlərinə görə, öz coğrafi mövqeyinin əhəmiyyətini bilən İran bahalı neftin qlobal iqtisadiyyata necə böyük zərbə vura biləcəyini də yaxşı anlayır və bu rıçaqdan istifadəni dayandırmaya bilər.

İranın müttəfiqi husilər isə Səudiyyə Ərəbistanının Dəhran şəhərində "Saudi Aramco" dövlət neft şirkətinin inzibati binasına hücum ediblər, məhdud yanğın baş verib.

Son bir həftədə husilər Səudiyyə Ərəbistanının Yəmən hökumət qüvvələrinə dəstəyinə cavab olaraq krallığın ərazisinə ballistik raketlər və dronlarla zərbələr endiriblər. Ər-Riyad beynəlxalq hava limanı dörd dəfə hücuma məruz qalıb. Şənbə günü hücum nəticəsində 13 nəfər həlak olub.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google