ABŞ-nin "SpaceX" şirkəti Ukraynada "Starlink"in bəzi xidmətlərinə
məhdudiyyət qoyub.
Nəticədə sistemin hərbi təyinatlı versiyası saatda 160 kilometrdən
yüksək sürətlə hərəkət zamanı rabitəni kəsir. Bu isə döyüş
tapşırıqlarının yerinə yetirilməsini əngəlləyib. Bu barədə
oktyabrın 14-də Ukrayna prezidentinin müşaviri Sergiy Beskrestnov
bildirib
"Müdafiə qüvvələrimizə bu məhdudiyyət barədə öncədən
xəbərdarlıq olunmayıb, nəticədə bir neçə əməliyyat
pozulub", – o, Telegram-kanalında yazıb.
Cənub-şərq
cəbhəsinə yerləşdirilmiş 7-ci Çevik Reaksiya
Korpusundakı mənbə də "Reuters" agentliyinə "Starlink"in
fəaliyyətində fasilələr yarandığını təsdiqləyib.
Ukrayna hərbçiləri "Starlink"dən xüsusilə dronların buraxılmasında
faydalanırlar. Könüllü Sergiy Sternenkonun sözlərinə görə, saatda
160 kilometrdən yüksək sürətlə hərəkət zamanı rabitə kəsilməyə
başlayıb və nəticədə "bir sıra kritik əhəmiyyətli əməliyyatlar
pozulub". Onun ehtimalına görə, ""SpaceX" bu addımı Tramp
administrasiyasının xahişi ilə atıb".
"Aydındır ki, bu addım təsadüf ola bilməz və mövcud
siyasi vəziyyətlə bağlıdır", – bunu isə Beskrestnov
yazıb.
"Ukrainska pravda" nəşri bildirir ki, komandirlərdən biri
redaksiyaya video göndərib. Videoda buludların üzərinə qalxan iki
Ukrayna dronunun rabitəni itirdiyi və tapşırığı sürdürə bilmədiyi
aydın görünür.
Mask Trampı dəstəkləmişdi
Mask ötən həftə ABŞ Prezidenti Donald Trampın "Ukraynanın yeni
prezident seçməsinin vaxtı çatıb" bəyanatını dəstəkləyib. "Zelenski
həddini aşıb", – Mask yazıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya dizelinin
tədarükünə dair ABŞ-Rusiya razılaşmasını tənqid etməsi fonunda
Tramp Ukraynada rəhbərliyin dəyişdirilməsinin vacibliyindən
danışıb.
ABŞ administrasiyası Ukraynadan Rusiyanın neft emalı zavodlarına
zərbələr endirməkdən daşınmağı tələb edir.
Zelenskinin söylədiyinə görə, Ukrayna artıq ikinci gündür ki,
Rusiyanın ballistik raket buraxılışları barədə adətən ona ötürülən
xəbərdarlıqları almır.
Amma Ukraynanın xarici işlər naziri Andriy Sibiqa kəşfiyyat
məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığın davam etdiyini
bildirib. Tramp da bunu təsdiqləyib.
Hələlik nə "SpaceX" şirkəti, nə də Tramp administrasiyası Ukraynada
"Starlink"in fəaliyyətinə məhdudiyyət qoyulduğunu təsdiqləyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.