Gürcüstan Rusiya vətəndaşlarının xaricdə daşınmaz əmlak almağa
ən çox maraq göstərdiyi ölkələr arasında üçüncü yeri tutub.
Rusiyanın daşınmaz əmlak üzrə konsaltinq şirkəti NF GROUP-un
oktyabrın 13-də dərc etdiyi araşdırmada bildirilir ki, 2026-cı ilin
üçüncü rübündə Gürcüstan reytinqdə beşinci yerdən üçüncü yerə
yüksəlib.
Şirkətin məlumatına görə, iyul-sentyabr aylarında Rusiya
vətəndaşlarının xaricdə daşınmaz əmlaka olan tələbatının 17
faizi
Gürcüstanın payına düşüb. Halbuki ilin birinci yarısında bu
göstərici 5 faiz olub.
Reytinqdə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (37%), ikinci
yeri Tailand (25%) tutur. Gürcüstandan sonra Türkiyə (12%) gəlir.
Mavriki və Oman isə hər biri 4,5 faiz göstərici ilə beşinci yeri
bölüşür.
NF GROUP-da qeyd edirlər ki, Gürcüstanın reytinqdə irəliləməsi
əsasən ayrı-ayrı səbəblərə bağlıdır və alıcıların seçimlərində
ciddi dəyişiklik olduğunu göstərmir. Şirkətin qiymətləndirməsinə
görə, ilin sonuna qədər Gürcüstanın reytinqdəki mövqeyi yenidən
dəyişə bilər.
Araşdırmaya əsasən, rusiyalı alıcılar həm şəxsi istirahət üçün
istifadə edə, həm də ilin qalan hissəsində kirayəyə verərək gəlir
əldə edə biləcəkləri daşınmaz əmlaka üstünlük verirlər.
Şirkətin proqnozuna görə, ilin sonuna qədər Rusiya ilə birbaşa hava
əlaqəsi və vizasız rejim olan ölkələrdə daşınmaz əmlaka tələbat
qorunub saxlanılacaq. Eyni zamanda, Yunanıstan, Fransa və İspaniya
da daxil olmaqla Avropa ölkələri rusiyalı alıcılar üçün əvvəlki
qədər prioritetli deyil.
2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra
Gürcüstanın daşınmaz əmlak bazarında Rusiya vətəndaşlarının
fəallığı artıb. Həmin il Rusiya vətəndaşları Gürcüstanda 6 135
mənzil alıblar. 2023–2026-cı illər üzrə tam statistika hələ dərc
edilməyib.
Galt & Taggart şirkətinin məlumatına görə, 2025-ci ildə Batumidə
mənzil satışlarının 11 faizi Ukrayna, Rusiya və Belarus
vətəndaşlarının payına düşüb. Məlumatlar 30-dan çox tikilməkdə olan
yaşayış layihəsini və ilkin bazarın təxminən 40 faizini əhatə edən,
tikinti şirkətləri arasında keçirilmiş sorğuya əsaslanır.
Eyni investisiya şirkətinin məlumatına əsasən, 2025-ci ildə
Tbilisidə sorğuda iştirak edən tikinti şirkətlərinin layihələrində
mənzil satışlarının 3 faizi Rusiya vətəndaşlarının payına düşüb.
2026-cı ilin iyulunda isə bu göstərici 4 faizə yüksəlib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.