Bu il 8 ay ərzində Gürcüstan 8,190 milyon ABŞ dolları dəyərində soğan alıb
2026-cı ilin yanvar-avqust aylarında Gürcüstan rekord miqdarda – 33 270 ton soğan alıb, bunun idxal dəyəri 8,190 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Milli Statistika Xidmətinin (Sakstat) məlumatına görə, sentyabr ayında soğan illik müqayisədə qiyməti ən çox bahalaşan məhsullar arasında dördüncü yeri tutur – onun qiyməti 36,2% artıb.

Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2009-cu
ildən bəri (xarici ticarət portalında məlumatlar bu dövrdən etibarən dərc olunur) cari ilin yanvar-avqust aylarında soğanın idxalı həcm baxımından maksimum həddə çatıb.

Müqayisə üçün bildirək ki, ötən ilin yanvar-avqust aylarında Gürcüstan 7,366 milyon ABŞ dolları dəyərində 30 789 ton soğan alıb. 2024-cü ilin müvafiq dövründə 6,686 milyon ABŞ dolları dəyərində 25 969 ton, 2023-cü ilin səkkiz ayında isə 9,175 milyon ABŞ dolları dəyərində 23 743 ton məhsul idxal olunub.

Cari ilin hesabat dövründə Gürcüstana soğanın idxal edildiyi ölkələrə gəldikdə isə, Azərbaycan birinci yeri tutur, ondan sonra Ermənistan və Türkiyə gəlir.

Sakstat-ın məlumatlarına əsasən, soğan idxal edən ilk 5 ölkə:

  • Azərbaycan – 25 231 ton (6,174 milyon ABŞ dolları)
  • Ermənistan – 3 391 ton (834,8 min ABŞ dolları)
  • Türkiyə – 1 797 ton (434,8 min ABŞ dolları)
  • Özbəkistan – 1 303 ton (320 min ABŞ dolları)
  • İran – 432 ton (107,9 min ABŞ dolları)

İdxal qiymətinə gəlincə, cari ilin yanvar-avqust aylarında 1 kq soğanın orta idxal qiyməti təxminən 25 ABŞ senti təşkil edib, ötən ilin müvafiq dövründə isə bu göstərici təxminən 24 sent olub.

Qeyd: Qiymət ümumi göstəriciyə əsasən hesablanıb və vergilər nəzərə alınmadan orta dəyəri əks etdirir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google