Son günlər Hörmüz boğazında və onun ətrafında azı 10 gəmi hücuma
məruz qalıb.
Bu, fevralın sonlarında ABŞ və İsrailin İranla müharibəsi
başlayandan bəri qeydə alınan ən yüksək gündəlik göstəricidir.
Sinqapurun Dənizçilik və Liman İdarəsinin bildirdiyinə görə,
oktyabrın 13-ü və 14-də Sinqapurda qeydiyyatdan keçmiş iki
konteyner gəmisi naməlum mərmilərlə vurulub. "GFS Pride" gəmisində
yanğın baş verib və
gəmi batıb; onun 21 ekipaj üzvü təxliyə edilib.
"GFS Giselle" gəmisinin isə gövdəsi zədələnsə də, lövbər salacağı
yerə təhlükəsiz çata bilib və gəminin 22 ekipaj üzvünün hamısı
salamatdır.
"Vanguard Maritime Security" şirkəti oktyabrın 13-də dörd hücumun
qeydə alındığını xəbər verib. Onlardan biri də "Alfonso" tankeridir
ki, məlumat yayılan zaman onun taleyi hələ məlum deyil.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz
Qüvvələri isə bir konteyner gəmisinin Tehranın icazəsiz saydığı
marşrutla hərəkət edərkən dəniz minasına toxunaraq batdığını
bildirib. Amma bunun məhz "GFS Pride" gəmisi olub-olmadığı hələlik
dəqiq deyil.
"France Presse" agentliyinin məlumatına görə, oktyabrın əvvəlindən
bəri regionda gəmilərə qarşı 23 hücum qeydə alınıb. Beynəlxalq
Dəniz Təşkilatının hesabatında isə oktyabrın 13-dək 106 insidentin
təsdiqləndiyi və 24 dənizçinin həyatını itirdiyi qeyd olunur.
Hörmüz boğazı Fars körfəzindən neft ixracı üçün həyati əhəmiyyətli
marşrut olduğundan, bu hücumlar qlobal enerji təchizatı ilə bağlı
narahatlıqları daha da artırıb.
Bununla yanaşı, ABŞ-nin İran limanlarına qarşı dəniz blokadası hələ
də davam edir.
Gəmilərə edilən ayrı-ayrı hücumlara görə konkret kimin məsuliyyət
daşıdığı isə hələlik rəsmən təsdiqlənməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.