Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarının blok ərazisinə girişini
məhdudlaşdırmaq üçün eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət
göstərir.
Bu tədbirlər arasında Şengen zonasına qeyri-vacib hesab edilən
bütün səfərlərin tamamilə qadağan olunması da var.
Bu arada, Brüssel və Aİ-nin bir sıra üzv dövlətlərinin bəyanatına
görə, Rusiya diplomatik statusundan yararlanan və ya turist vizası
ilə səyahət edən şəxslər blok
ərazisindəki müxtəlif hibrid
hücumlarda rol alıblar.
AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyakın əldə etdiyi sənəddə
deyilir ki,
"yeganə uzunmüddətli və effektiv həll yolu
konkret bir ölkənin vətəndaşları üçün qeyri-vacib səfərləri qadağan
edən viza məhdudiyyətlərinin tətbiqi ola bilər".
Aİ prezidentliyinin sızdırılmış sənədinə əsasən, belə bir addımın
atılması üçün Aİ-nin Viza Məcəlləsinə dəyişiklik edilməlidir.
Yalnız bu təqdirdə məhdudiyyətlər bütün üzv dövlətlərdə vahid
qaydada qüvvəyə minəcək.
Məcəlləyə düzəliş üçün isə üzv dövlətlərin ən azı 55 faizinin
dəstəyi tələb olunur və həmin ölkələr Aİ əhalisinin azı 65 faizini
təmsil etməlidir.
Ötən il rusiyalılara 477 mindən çox viza verilib
Viza Məcəlləsində daha genişmiqyaslı islahatların aparılması ilin
sonuna doğru gündəmə gələ bilər. Lakin Cənubi Avropa ölkələri
Rusiya vətəndaşları ilə təmasları tamamilə kəsməyə hələ də
tərəddüdlə yanaşırlar.
Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müdaxiləyə
başlamasından az sonra Aİ Rusiya ilə viza rejiminin
sadələşdirilməsi haqqında sazişi tamamilə dayandırıb.
Aİ-nin Rusiya ilə həmsərhəd olan şərq ölkələri rusiyalıların öz
ərazilərinə daxil olmasına nadir hallarda icazə verir.
Cənubi Avropa ölkələri isə yay turizmindən gəlir götürməkdə maraqlı
olduqları üçün Rusiya vətəndaşlarına Şengen turist vizalarının
rəsmiləşdirilməsində daha yumşaq davranırlar.
Bunun nəticəsi olaraq, 2025-ci ildə Rusiyanın Ukraynaya
genişmiqyaslı müdaxiləsindən bəri rekord göstərici qeydə alınıb:
Rusiya vətəndaşları turizm məqsədilə 477 min 878 viza alıblar.
Bu sənədlərin böyük əksəriyyəti Yunanıstan, İtaliya, Fransa və
İspaniya tərəfindən təqdim edilib.
Aİ rusiyalı ziyarətçilərin sayını azaltmaq üçün paralel olaraq üç
istiqamətdə iş aparır: Ukraynadakı döyüşlərdə iştirak etmiş keçmiş
hərbçilərin girişinin qadağan olunması, Rusiya diplomatlarının
hərəkət azadlığının məhdudlaşdırılması və "məhdud ərazi
etibarlılığı" (LTV) olan vizaların tətbiqi.
LTV vizası sahibinə digər Şengen ölkələrinə səfər qadağası qoyaraq,
yalnız icazəni verən dövlətin hüdudlarında qalmaq hüququ
tanıyır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.