Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbə məhdudiyyəti artıq qüvvədə deyil
Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri bərpa edəcəyini açıqlayıb. Prezident Volodimir Zelenski bu barədə "The Financial Times" qəzetinin oktyabrın 15-də dərc olunmuş sayındakı müsahibəsində bildirib.

"(Neft emalı zavodlarına hücumlarla bağlı) məhdudiyyət artıq qüvvədə deyil. Biz buna son qoyduq", — Zelenski bildirib.

O, bundan əvvəl Rusiyanı ABŞ prezidenti Donald Trampın elan etdiyi enerji atəşkəsini pozmaqda günahlandırıb. Zelenski Ukraynanın enerji
obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutan atəşkəsi dəstəklədiyini bəyan edib.

Ötən həftəsonu Trampın Rusiyadan dizel ixracına razılıq verməsi Avropadakı müttəfiqlərin, eləcə də həm demokratların, həm də respublikaçıların tənqidinə səbəb olub. Onların fikrincə, bu addım Rusiyanı Ukraynadakı müharibəni davam etdirməyə həvəsləndirə bilər.

Oktyabrın 15-də səhər saatlarında Rusiyanın Ukraynanın cənub-şərqində yerləşən Dnepropetrovsk vilayətinə endirdiyi hava zərbələri nəticəsində iki nəfər həlak olub. Bu barədə vilayətin qubernatoru Oleksandr Qanja Telegram kanalında məlumat paylaşıb.

Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində bildirib ki, Rusiya qüvvələri Ukraynanın Odessa vilayətindəki İzmail limanına, eləcə də Odessaya doğru hərəkət edən iki yük gəmisinə zərbələr endirib. Nazirliyin iddiasına görə, həmin gəmilərdən hərbi məqsədlər üçün istifadə olunurdu.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google