Gürcüstan Baş Prokurorluğunun vəsatəti əsasında oktyabrın 14-də
transmilli mütəşəkkil cinayətdə təqsirləndirilən
Qiorqi Xatiaşvilinin Argentina Respublikasından Gürcüstana
ekstradisiyası həyata keçirilib.
Gürcüstan Prokurorluğunun məlumatına görə, Qiorqi Xatiaşvili
cinayətkar qrup tərəfindən Gürcüstan vətəndaşının xarici ölkədə
qanunsuz qalmasına kömək etməkdə, xarici ölkədə sığınacaq almaq
üçün yanlış məlumatların təqdim edilməsinə yardım göstərməkdə və bu
prosesi təşkil etməkdə, eləcə də saxta rəsmi sənədlərin
hazırlanması
və satışında ittiham olunur. Sözügedən cinayət işi
üzrə daha 9 nəfər barəsində cinayət təqibi başlanıb.
Prokurorluğun məlumatına əsasən, Gürcüstan Prokurorluğu və Amerika
Birləşmiş Ştatlarının Səfirliyinin Regional Təhlükəsizlik
Xidmətinin birgə tədbirləri nəticəsində mütəşəkkil cinayətkar
qruplar aşkar edilib.
İstintaq nəticəsində aydın olub ki, ABŞ-da immiqrasiya siyasətinin
sərtləşdirilməsi sərhədi keçməyi çətinləşdirib. Bu şəraitdə Qiorqi
Xatiaşvili cinayətdə təqsirləndirilən digər şəxslərlə birlikdə
maddi qazanc əldə etmək məqsədilə cinayətkar qrup yaradıb.
Qrupun məqsədi ABŞ-da sığınacaq almaq istəyən Gürcüstan
vətəndaşları üçün sığınacaq müraciətlərində istifadə olunacaq saxta
hekayələr, sözdə “keyslər” və müvafiq saxta sübutlar hazırlamaq
olub.
İstintaqın məlumatına görə, qrup üzvləri Gürcüstan vətəndaşlarını
hazırladıqları sənədlər və uydurduqları hekayələr vasitəsilə ABŞ-da
heç bir çətinlik çəkmədən sığınacaq ala biləcəklərinə inandırıblar.
Onlar müxtəlif səbəblərdən, o cümlədən siyasi baxışlarına, cinsi
oriyentasiyalarına və hüquq-mühafizə orqanları tərəfindən təqib
olunmalarına görə Gürcüstanda vətəndaşların guya təqib edilməsi
barədə hekayələr uydurublar. Bu iddiaları əsaslandırmaq üçün isə
saxta sənədlər hazırlayıblar.
Prokurorluğun məlumatına görə, istintaq çərçivəsində 2023–2026-cı
illərdə cinayətkar qrup üzvlərinin xidmətlərini təklif etdiyi 1
000-dən çox şəxs müəyyən edilib. Qrup üzvləri həmin şəxslərdən
təxminən 600 min lari, 2 milyon 250 min ABŞ dolları və 12 500 avro
əldə ediblər.
Prokurorluğun bildirdiyinə görə, iş üzrə axtarışda olan daha bir
şəxsin Almaniyadan ekstradisiyası Gürcüstan Prokurorluğunun həyata
keçirdiyi beynəlxalq hüquqi əməkdaşlıq nəticəsində mümkün olub.
Qurumun bəyanatına əsasən, Argentina Respublikasının səlahiyyətli
orqanları Gürcüstan tərəfinin vəsatətini tam təmin ediblər.
Prokurorluğun qiymətləndirməsinə görə, bu, presedent xarakterli
hadisədir, çünki Avropa və region hüdudlarından kənarda yerləşən
bir ölkədən Gürcüstana ekstradisiya ilk dəfə həyata keçirilib.
Gürcüstan Prokurorluğu ekstradisiya üçün zəruri tədbirlərin
görülməsinə görə Ədliyyə Nazirliyinə və Xüsusi Penitensiar Xidmətə
təşəkkür edir.
Qurumun məlumatına görə, işin istintaqı çərçivəsində xarici
tərəfdaşlarla, xüsusilə ABŞ Federal Təhqiqat Bürosu və Tbilisidəki
ABŞ Səfirliyinin Regional Təhlükəsizlik Xidməti ilə fəal əməkdaşlıq
aparılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.