Tbilisidə dələduzluq ittihamı ilə xarici ölkə vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan xarici ölkə vətəndaşını saxlayıblar.

Qurumun məlumatına görə, istintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs zərərçəkənə özünü xarici şirkətlərdən birinin rəsmi distribütoru kimi təqdim edib. O, zərərçəkəndən istilik sisteminin tam dəstinin alınmasına kömək etmək məqsədilə böyük məbləğdə pul köçürməsini istəyib,
lakin razılaşmanın şərtlərini yerinə yetirməyib.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs aldatma yolu ilə təxminən 136 000 lari ələ keçirib və həmin vəsaiti şəxsi məqsədləri üçün istifadə edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kişini hakimin qərarı əsasında saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Sözügedən cinayət 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google