Zestafoni bələdiyyəsində 12 qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Zestafoni Rayon İdarəsinin əməkdaşları mərhuma qarşı hörmətsizlik etməkdə və qəbir üzərində olan əşyanı qanunsuz olaraq ələ keçirməkdə ittiham olunan bir nəfəri saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Zestafoni bələdiyyəsində 12 qəbirdən oğurluq edib. O, qəbiristanlıqların hasarlarından metal hissələri oğurlayıb, daha sonra həmin hissələri Zestafoni
şəhərində yerləşən metal qəbulu məntəqəsinə təhvil verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Oğurlanmış metal məmulatları isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 258-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır. Sözügedən maddə 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google