Sarpi gömrük-keçid məntəqəsində 8 odlu silah aşkarlanıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları Gürcüstana külli miqdarda odlu silahın qanunsuz gətirilməsi faktının qarşısını alıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları “Sarpi” sərhəd-keçid məntəqəsinin ərazisində təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilə ətraflı baxış keçirərkən skaner vasitəsilə xüsusi hazırlanmış gizli saxlanc yeri aşkar ediblər.

Həmin yerdən maddi
sübut kimi müxtəlif modellərə aid 8 odlu silah, 8 daraq və patronlar götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü, 4-cü və 5-ci hissələri, həmçinin 214-cü maddəsinin 4-cü hissəsi ilə istintaq aparılır. Sözügedən cinayətlər 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google