Milli Qida Agentliyi uşaq bağçalarında aparılan monitorinqin yekun
nəticələrini açıqlayıb.
Agentliyin məlumatına görə, götürülən ərzaq nümunələrində heç bir
pozuntu aşkar edilməyib.
“Laborator müayinə üçün götürülmüş müxtəlif növ heyvan
mənşəli və heyvan mənşəli olmayan ərzaq məhsullarının bütün 694
nümunəsinin nəticələri məlumdur. Onların hamısı qida təhlükəsizliyi
üzrə müəyyən edilmiş normalara uyğundur.
Tbilisinin dövlət uşaq bağçalarında uşaqlar arasında norovirusun
səbəb olduğu qastroenterit halları ilə əlaqədar Milli Qida
Agentliyi dərhal kompleks araşdırmaya başlayıb. Agentliyin yoxlama
qrupları uşaq bağçalarının qida bloklarını, ət və süd məhsulları
istehsal edən müəssisələri yoxlayıblar.
Monitorinq çərçivəsində uşaq bağçalarından götürülmüş müxtəlif növ
ərzaq məhsulları laboratoriyada yoxlanılıb. Bunlara meyvə-tərəvəz,
süd məhsulları (pendir, süd tozu, ultra-pasterizə edilmiş içməli
süd, qaymaq yağı, xama), ət və ət məhsulları (mal və toyuq əti),
dənli bitkilər, hazır yeməklər və içməli su daxildir.
Müayinələr ağır metallar, nitratlar, mikrobioloji göstəricilər və
patogenlər, o cümlədən aerob mikroorqanizmlər, koliform
bakteriyalar, salmonella, şigella və koaqulaza-müsbət stafilokok
üzrə aparılıb”, – deyə açıqlamada bildirilib.
Sentyabrın 18-də dövlət uşaq bağçalarının tərbiyə alanları ehtimal
olunan zəhərlənmə əlamətləri ilə klinikalara yerləşdiriliblər.
Həmin gün İstintaq Xidməti Tbilisinin 20 uşaq bağçasında 55 uşaq və
bir tərbiyəçinin zəhərlənməsi faktı ilə bağlı araşdırmaya
başladığını açıqlayıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin
198-ci maddəsinin ikinci hissəsi ilə — insan həyatı və ya
sağlamlığı üçün təhlükəli məhsulların istehsalı və satışının insan
həyatı və ya sağlamlığı üçün təhlükə yaratması faktı üzrə
aparılır.
Sentyabrın 20-də Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz açıqlama
yayaraq bildirib ki, laborator müayinələrin nəticələri “halların
böyük əksəriyyətinin səbəbinin yüksək ehtimalla norovirus
olduğunu”
göstərir.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.