Ali Məhkəmənin hakimliyinə namizəd Temur Qoqoxia namizədliyini geri götürüb
Ali Məhkəmənin hakimliyinə namizəd Temur Qoqoxia namizədliyini geri götürüb. Bu barədə məlumat Gürcüstanın Qanunvericilik Bülletenində dərc olunub.

Sərəncama əsasən, Temur Qoqoxia oktyabrın 13-də Gürcüstanın Ali Ədliyyə Şurasına ərizə təqdim edərək prosedurda namizəd statusu ilə iştirakını davam etdirməkdən imtina edib.

Buna görə də bir ay müddətində müvafiq namizədin seçilməsi proseduru yenidən başlayacaq.

“2026-cı il iyulun 8-dən Ali Məhkəmənin hakimi Giorgi Qoqiaşvilinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi (hakimin vəfatı) səbəbindən Ali Məhkəmədə bir hakim yeri vakant olub. İyulun 23-də həmin vəzifəyə namizədin seçilməsi proseduruna başlanılıb. Prosedurun yekun mərhələsinə oktyabrın 12-də bir namizəd — Temur Qoqoxia keçib.

Temur Qoqoxia 2026-cı il oktyabrın 13-də Gürcüstanın Ali Ədliyyə Şurasına ərizə təqdim edərək prosedurda namizəd statusu ilə iştirakını davam etdirməkdən imtina edib. Buna görə də Şuranın seçdiyi namizəd növbəti mərhələdə iştirakdan imtina etdiyindən mövcud prosedur nəticəsiz başa çatıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Gürcüstan Ali Ədliyyə Şurasının 2026-cı il iyulun 23-də qəbul etdiyi 1/198 saylı sərəncam 2026-cı il oktyabrın 13-də qəbul edilmiş 1/272 saylı sərəncamla qüvvədən düşmüş hesab edilib.

‘Ümumi məhkəmələr haqqında’ Gürcüstanın üzvi qanununun 34¹-ci maddəsinin 17-ci bəndinə əsasən, Şura Gürcüstan Parlamentinə namizəd təqdim edə bilmədikdə və ya qanunla müəyyən edilmiş bütün müvafiq prosedurlar başa çatdıqdan sonra Ali
Məhkəmənin hakimi vəzifəsi üzrə müvafiq vakant yer doldurulmadıqda, bir ay müddətində namizədin seçilməsi proseduru yenidən başlayır”,
– deyə sənəddə bildirilir.

Gürcüstanın Qanunvericilik Bülletenində dərc olunan sənədi Gürcüstan Ali Ədliyyə Şurasının katibi Vasil Mşvenieradze imzalayıb.

Temur Qoqoxia 2018-ci ildən müddətsiz hakimdir.

Ali Ədliyyə Şurasının saytında dərc olunan məlumata görə, o, 2021–2024-cü illərdə Gürcüstan Ali Ədliyyə Şurasının üzvü olub. 2025-ci ilin oktyabrından isə Tbilisi Şəhər Məhkəməsinin cinayət işləri üzrə istintaq, məhkəməyədək iclas və mahiyyəti üzrə baxış kollegiyasının sədridir.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google