“Güclü Gürcüstan – Lelo” koalisiyasının liderlərindən biri Qiorqi
Sioridzenin sözlərinə görə, Konstitusiya Məhkəməsində onların
iştirakı ilə
“Gürcü Arzusu”na qarşı siyasi hökmün mühüm hissəsi formalaşacaq və
beynəlxalq ictimaiyyətə, eləcə də institutlara müvafiq reaksiya
vermək üçün hüquqi əsas yaradılacaq.
O, Konstitusiya Məhkəməsində siyasi partiyaların qadağan edilməsi
ilə bağlı iddiaya baxılmasına başlanacağının elan edilməsinə
münasibət bildirib.
Onun sözlərinə görə, Konstitusiya
Məhkəməsi “Gürcü Arzusu”nun
beynəlxalq ictimaiyyət və Gürcüstan cəmiyyəti qarşısında ifşa
olunacağı platforma olacaq. Məqsəd “Gürcü Arzusu”nun “ağır siyasi
bədəl ödəməsinə” nail olmaqdır.
“Güclü Gürcüstan – Lelo” koalisiyası oktyabrın 21-dən
etibarən öz ixtisaslı hüquqşünaslar komandası ilə birlikdə
Konstitusiya Məhkəməsində partiyaların qadağan edilməsi prosesi
çərçivəsində təmsil olunacaq. Biz institusional mübarizənin bütün
platformalarından istifadə edəcəyik. Konstitusiya Məhkəməsi “Gürcü
Arzusu”nu Gürcüstan cəmiyyəti, beynəlxalq ictimaiyyət və tarix
qarşısında ifşa edəcəyimiz tribuna olacaq.
Konstitusiya Məhkəməsində iştirakımızla “Gürcü Arzusu”na qarşı
siyasi hökmün mühüm hissəsi formalaşacaq və beynəlxalq
ictimaiyyətə, eləcə də institutlara müvafiq reaksiya vermək üçün
hüquqi əsas yaradılacaq. “Gürcü Arzusu” ağır siyasi bədəl ödəməli
olacaq.
Bu, yalnız təşkilatların və ya siyasətçilərin siyasi fəaliyyətinin
qadağan edilməsi demək deyil. Bu, təxminən bir milyon seçicinin
seçim hüququndan məhrum edilməsi deməkdir. Bizə Gürcüstanda 1000
lari məbləğində pensiyanın verilməsini, Anaklia limanının
tikilməsini və ölkəmizdə 200 min yeni iş yeri yaradacaq meqa
layihələrin həyata keçirilməsini istəyən seçicilər dəstək veriblər.
“Gürcü Arzusu” isə həmin seçicilərə “yox” deyir.
Onlar seçiciləri, Gürcüstan vətəndaşlarını bu ölkədən yox etmək
istəyirlər, lakin bu, mümkün deyil. Gürcüstan vətəndaşlarının
əksəriyyəti qərara gəlib ki, İvanişvilinin rejimi ölkəni məhvə,
Rusiyaya doğru aparır. Halbuki cəmiyyətin seçimi Avropa İttifaqı və
Avro-Atlantik inteqrasiyadır.
Bu işdə biz Gürcüstan cəmiyyətinin müttəfiqiyik. Mübarizəmizi
dayandırmayacağıq, bütün hüquqi və konstitusion üsullarla siyasi
mübarizəni davam etdirəcəyik və bu işi mütləq sona çatdıracağıq.
İvanişvilinin rejimi bu ölkədə sona çatacaq və biz – “Güclü
Gürcüstan – Lelo” bütün bunların həyata keçirilməsində iştirak
edəcəyik”, – Qiorqi Sioridze bildirib.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.