Marneuli və Kvemo Kartlidə pulsuz genişmiqyaslı skrininq aksiyaları keçiriləcək
Məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirliyi ilə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəzin təşkilatçılığı ilə Marneuli və Kvemo Kartlinin digər bələdiyyələrində genişmiqyaslı pulsuz skrininq aksiyalarının keçirilməsi planlaşdırılır.

Marneuli sakinləri 28 oktyabrda, Rustaveli küçəsi, 112 ünvanında pulsuz müayinələrdən keçə biləcəklər.

Aksiya çərçivəsində yerli sakinlər aşağıdakı müayinələrdən tamamilə pulsuz keçmək imkanı əldə edəcəklər:
  • -
    Süd vəzi xərçənginin skrininqi;
  • - Uşaqlıq boynu xərçənginin skrininqi;
  • - Prostat xərçənginin skrininqi;
  • - Arterial hipertenziyanın skrininqi;
  • - B və C hepatitləri, həmçinin HİV infeksiyası/QİÇS üzrə skrininq.
Kvemo Kartli regionunda müayinələrin tam cədvəli və ünvanlar:
  • - Marneuli: 28 oktyabr — Rustaveli küçəsi, 112 ünvanı;
  • - Tetritskaro: 16 oktyabr — Tamar Mepe küçəsi, 34 ünvanı;
  • - Dmanisi: 26 oktyabr — Müqəddəs Nino küçəsi, 42 ünvanı;
  • - Bolnisi: 27 oktyabr — Saakadze küçəsi, 1 ünvanı;
  • - Rustavi: 28 oktyabr — Pirosmani küçəsi, 17 ünvanı;
  • - Qardabani: 29 oktyabr — Ağmaşenebeli küçəsi, 73ünvanı.
Müayinələr yerində, müasir üsullarla və ixtisaslı tibb işçiləri tərəfindən aparılacaq.

Mütəxəssislərin izahına görə, skrininq sağlamlığın qorunmasının ən effektiv vasitələrindən biridir. Bu müayinələr xəstəliklərin erkən mərhələdə aşkarlanmasına imkan verir və həmin mərhələdə müalicə daha effektiv olur.

Əlavə məlumat almaq istəyən vətəndaşlar 116001 qaynar xətti ilə əlaqə saxlaya bilərlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google