Müxalifət Alyansı oktyabrın 25-də saat 19:00-da Tbilisi Dövlət
Universitetinin birinci korpusunun qarşısında aksiya keçirəcəyini
və noyabrın 28-də Tbilisidə böyük etiraz aksiyasının təşkili
məqsədilə kampaniyaya başlayacağını elan edib.
Alyansın şüarı belədir:
“Gürcü xalqı daha yaxşısına
layiqdir! İvanişvilisiz Gürcüstan”.
Alyansın bəyanatına görə,
“müxalifət partiyalarının qadağan
edilməsi ilə İvanişvili güc nümayiş etdirməyə
çalışır”.
“Onun məqsədi Gürcüstan xalqını rejiminin dəyişməz
olduğuna inandırmaq, cəmiyyəti sistemli yoxsulluq və korrupsiyaya,
perspektivsizliyə və mühacirətə alışdırmaqdır. O, insanları Avropa
və ABŞ-dan təcrid olunmağa, Rusiya ilə üz-üzə tək qalmağa
alışdırmaq istəyir. Bu isə Gürcüstan dövlətçiliyinin itirilməsinə
bərabərdir.
Lakin onun nə istəməsi bir məsələdir, bizim nəyə imkan verəcəyimiz
isə başqa məsələ. Əslində, bu məsuliyyətsiz addımı ilə milyarder öz
legitimlik böhranını üzə çıxarır. O, hakimiyyəti qeyri-legitim
şəkildə mənimsədiyini və onu qoruyub saxlamağın yalnız qadağalardan
və repressiyalardan asılı olduğunu təsdiqləyir. Bu ümidsiz addımı
ilə İvanişvili etiraf edir ki, Gürcüstan xalqına etibar etmir və
xalqın azad seçimindən qorxur.
Məhz buna görə o, bir milyondan çox seçicini seçim hüququndan,
təxminən eyni sayda mühaciri isə səs vermək imkanından məhrum
edir.
Lakin İvanişvili nə qədər partiyanı qadağan etsə də, bizim –
demokratik müxalifətin – vəzifəsi dəyişmir. Biz rejimin mənimsədiyi
azad və ədalətli seçkiləri geri qaytarmasına nail olana qədər dinc
və prinsipial müqaviməti genişləndirməliyik.
İvanişvili kağız üzərində hansı qadağaları yazırsa-yazsın, biz
Gürcüstan cəmiyyətinin öz gələcəyini kimə etibar edəcəyinə özü
qərar vermək hüququndan imtina etməyəcəyinə inanırıq. Cəmiyyət
ədalətli və təhlükəsiz Gürcüstanda, dürüst əməyin
qiymətləndirildiyi və həyat keyfiyyətinin Avropa standartlarına
uyğun olduğu bir ölkədə yaşamaq perspektivindən də əl
çəkməyəcək”, – deyə alyansın bəyanatında
bildirilir.
İki il əvvəl, 2024-cü il noyabrın 28-də İrakli Kobaxidze “Gürcü
Arzusu” partiyası adından Gürcüstanın 2028-ci ilə qədər Avropa
İttifaqına üzvlüklə bağlı danışıqları dayandırdığını bəyan
edib.
Bu bəyanat genişmiqyaslı etiraz aksiyalarına səbəb olub. “Gürcü
Arzusu” isə aksiyalara zorakılıqla cavab verib.
Partiyaların qadağan edilməsi məsələsinə gəlincə, “Gürcü Arzusu”
Konstitusiya Məhkəməsinə iddia ilə müraciət edib. İddiada “Vahid
Milli Hərəkat”, “Dəyişikliklər üçün Koalisiya”, “Güclü Gürcüstan –
Lelo”, “Federalistlər” və “Qaxariya – Gürcüstan üçün”
partiyalarının fəaliyyətinin konstitusiyaya zidd hesab edilməsi və
qadağan olunması tələb olunur.
Konstitusiya Məhkəməsində iş üzrə dinləmələr oktyabrın 21, 22 və
23-də keçiriləcək.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.