“İnformasiya Azadlığının İnkişafı İnstitutu”-nun məlumatına
görə, 2015-2017-ci illərdə Gürcüstan vətəndaşlarının digər
ölkələrdən 11 428 deportasiyası halı qeydə alınıb.
Ən çox deportasiya 2017-ci ildə qeydə alınıb. Gürcüstan
vətəndaşları ən çox Türkiyə, Almaniya, İsrail və Rusiyadan
deportasiya olunublar.
3 il ərzində Türkiyə, İsrail və Yunanıstandan deportasiya
hallarının sayı azalıb. Almaniyadan deportasiya halı isə 2 dəfə
artıb. Həmçinin, Rusiya, Fransa, İsveçrə, İtaliya, Belçikadan
deportasiya hallarının sayında da artım qeydə alınıb.