Audit digər obyektlərlə birlikdə Zurabişviliyə ianə köçürən həkimləri də araşdıracaq
Dövlət Audit Xidmətinin məlumatına görə, digər obyektlərlə birlikdə Zurabişviliyə ianə köçürənləri də, o cümlədən həkimləri də araşdıracaq. Audit xidmətindən məlumatı “Netgazeti”yə təsdiqləyiblər.

Audit xidmətindən bildiriblər ki, məhkəmə qərarı ilə 1-5 oktyabr tarixində ianə köçürənlərin bəyan etdikləri gəlir və bank köçürmələrini araşdırmaq üçün icazə tələb edəcək.

Xidmətin məlumatına görə, bu seçkiöncəsi ərəfədə adi haldır və partiyaların maliyyə monitorinqinin bir hissəsidir.

Salome Zurabişviliyə ianə köçürənlər arasında “Çaçava” klinikasının bir neçə həkimi də var. Onlar prezidentliyə namizədə böyük miqdarda pul köçürüblər. İanə köçürən həkimlər arasında “Gürcü Arzusu”nun dəstəklədiyi namizədə 20 min lari köçürmüş Nikoloz Kantaria da var. 8 oktyabr tarixində isə o, öz “facebook” səhifəsində Salome Zurabişvilinin seçicisi olmadığını yazmışdı.

Həmin yazı ictimai idi və hər kəs bunu görə bilərdi. Lakin daha sonra həmin yazı silindi. “Netgazeti” həkimlə əlaqə saxlamağa çalışsa da, o, suallara cavab verməkdən imtina edib.

Mənbə: Netgazeti
Print