Yeni ildən yüksək dağlıq rayonlarda yaşayan pensiyaçılar 240 lari alacaqlar
1 yanvar 2019-cu ildən yüksək dağlıq ərazilərdə yaşayan təqaüdçülər 240 lari alacaqlar. Bundan başqa kənd həkimləri və tibb bacılarının maaşları da artırılacaq.

“Yüksək dağlıq bölgələrin inkişafı haqqında” qanuna və “Gürcüstanın 2019-cu il dövlət büdcəsi layihəsi”nə uyğun olaraq yeni ildən dağ kəndlərində yaşayan təqaüd yaşına çatmış şəxslər və məktəb pedaqoqu olan pensiyaçılar 240 lari alacaq. Bundan başqa kənd həkimləri və tibb bacılarının maaşı da 40 lari artırılacaq. Dağdan gələnləri dağ qanunundan faydalana bilmələri üçün doğma kəndlərinə qayıtmağa çağırıram” – Tianeti, Duşeti və Kazbeqinin majoritar deputatı Zakaria Kutsnaşvili bildirib.

Mənbə: İnterPressNews
Print