İraqda bərənin batması nəticəsində onlarla nəfər dünyasını dəyişib
İraqda, Mosul şəhəri yaxınlığında, Dəclə çayında bərənin batması nəticəsində 70-dən çox insan dünyasını dəyişib. Hadisə ötən gün, 21 mart tarixində baş verib.

BBC-nin Mosul Müdafiə Agentliyinə istinadən verdiyi məlumata görə, bərədə 10 nəfər olub. Xilasedicilər 12 nəfəri xilas etməyə nail olub, axtarışlar davam edir.

Kürdlərin yeni ili qeyd etdiyi bərənin turizm adalarından birinə getdiyi güman olunur.

İraqın baş naziri Adel Abdel Mahdi baş vermiş hadisə ilə bağlı istintaqın başlanılması üçün sərəncam verib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google