Batumidə iki oyuncaq mağazası qarət olunub
Batumidə, mərkəzi parkın yaxınlığında yerləşən iki oyuncaq mağazası qarət olunub.

Hadisə dünən, gecə saatlarında baş verib.

Mağaza sahibinin dediyinə görə, mağazaların birindən 600 lari aparılıb.

Oğurluq törədən şəxs mağazaya elə daxil olub ki, mağazanın qapısı sındırılmayıb və siqnalizasiya isə işə düşməyib.

Oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinə bu gün məlumat daxil olub.

Hadisə ilə bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə başlayıb. Həmin maddə 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google