Zuqdididə növbədən kənar mer seçkilərində Sandra Rulovs namizədliyi irəli sürülüb
Siyasi birlik “Güc birlikdədir” Zuqdididə növbədən kənar mer seçkilərində namizəd olaraq Sandra Rulovsu təqdim edəcək. Bu haqda bu gün baş tutan brifinqdə məlum olub.

“Heç vaxt olmadığım kimi hazırlaşıram” - o, qeyd edib.

Rulovs Zuqdidi bələdiyyəsinin majoritarı olaraq da 2016-cı ilin seçkilərində namizədlik vermişdi. Birinci turda nə o nə də ki, idarəçi partiyanın namizədi Edişer Toloraiya səslərin 50+1 sayını toplaya bilmədi. İkinci turda isə Rulovs iştirak etməkdən birinci turda onun seçkilərini “oğurladıqlarına” görə imtina etdi.

“Gürcü Arzusu” Zuqdidinin merliyə namizədinin kimliyinə qərar verməyib. Zuqdidi merliyinə istəyini artıq Futbol Federasiyasının keçmiş prezidenti Zviad Sicinava və “Sameqrelonun səsi”nin təsisçisi Tengiz Cquşia bildirib.

Eləcə də hüquqşünas təhsilli Malxaz Kuçuloria da merliyə dair istəyini bildirib.

Mer vəzifəsi Laşa Qoqianın öz ərizəsi əsasında vəzifəsini tərk etməsindən sonra vakant oldu. Sonradan onu keçmiş mer Qia Qulordava ilə birgə rüşvət götürmə ittihamı ilə həbs ediblər.

Növbədən kənar mer seçkiləri mart ayının 19-da baş tuta bilər – MSK bildirir.

Mənbə: livepress.ge
Print Email
FaceBook Twitter Google