Paytaxtda yerləşən 6 küçəyə 9 aprel faciəsi zamanı həlak olan 6 qadının adı veriləcək
Paytaxtda yerləşən 6 küçəyə 9 aprel faciəsi zamanı həlak olan 6 qadının adı veriləcək.

Məsələ ilə bağlı Tbilisi Bələdiyyə Məclisinin Ad qoyma və Simvollar üzrə Komissiyası bu gün saat 10:00-da Dimitri Ğipiani adına zalda ictimai müzakirə aparacaq.

Küçələrə Manana Loladze, Tamuna Dolidze, Tina Enukidze, Mzia Cincaradze, Tamar Mamulaşvili və Eliso Cipaşvilinin adları veriləcək. Küçələrin hamısı Çuğureti rayonunda yerləşir.

Bələdiyyə məclisinin məlumatına görə müzakirədə həlak olanların ailə üzvləri, bələdiyyə məclisi deputatlar, 9 aprel cəmiyyətinin nümayəndələri və başqa maraqlanan şəxslər iştirak edəcəklər.

Onların məlumatına görə ictimai müzakirə başa çatdıqdan sonra bələdiyyə məclisinin sədri iştirakçılarla bərabər 9 aprel memorialını ziyarət edəcək.

Mənbə: İnterPressNews

Print