Qırmızı Körpüdə bəyan edilməmiş siqaret aşkarlanıb
16:32 / 12.04.2019
Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər
Xidmətinin gömrük məmurları şübhə əsasında Gürcüstan və
Azərbaycan
vətəndaşlarının və onlara aid olan maşınların
yoxlanılması zamanı ümumilikdə 7,080 ədəd bəyan edilməmiş siqaret
aşkarlayıblar.
Vergi Məcəlləsinin 289-cu maddəsinin 14-cü hissəsinə görə, qanunu
pozan şəxslərdən məhsul müsadirə olunacaq və qanunu pozanlarını hər
birinə min lari olmaqla cərimə yazılacaq.
Qeyd olunan məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti
yayımlayır.
Mənbə:
tv4.ge