Marneulidə üç təcili tibbi yardım mərkəzi tikiləcək

Regionda həyata keçirilən layihələr fondundan Marneuli bələdiyyəsində üç yeni təcili tibbi yardım mərkəzi tikiləcək.


Qeyd olunan qərarı Marneulinin bələdiyyə məclisi 21 mayda baş tutan iclasda qəbul edib.

Təcili tibbi yardım mərkəzləri Marneulinin üç kəndində, Kürtlər, Sadaxlı və Şaumiyanda tikiləcək. Bələdiyyə məclisinin iclasında Marneulinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatatze bildirdi. Onun sözlərinə görə, hər bir layihənin dəyəri 151 348 laridən ibarətdir.

Məbləği regionda həyata keçirilən layihələr fondu tam maliyyələşdirəcək.

 

Print Email
FaceBook Twitter Google